Stadionlarda qoyun otarılır, bəziləri isə ayaqoluna çevrilib... - Azərbaycanda (FOTOLAR)


Stadionlarda qoyun otarılır, bəziləri isə ayaqoluna çevrilib...- Azərbaycanda (FOTOLAR)İDMAN13:55 2019-07-08


Futbola sevgi kiçik yaşlardan, məhəllə futbolundan və  bölgələrdə bu idmana şəraitdən yaranır. Ancaq bölgələrimizdə və kəndlərdə olan stadionların vəziyyəti çox acınacaqlıdır.  Bu da Azərbaycan futbolunun bünövrəsinin xəbər verir. Hətta vəziyyət o yerə çatıb ki, stadionlarda mal-qara otarılır.

Unikal.org Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və bəzi qurumların nəzarətində olan bərbad vəziyyətdə olan stadionların fotolarını təqdim edir: 

Bərbad vəziyyətdə olan Gəncə TİM stadionu Təhsil Nazirliyi strukturundadır. 

Gəncədə "Ded Kostya"nın stadionu kimi tanınan meydançanın durumu da gəncəlilərin narazılığına səbəb olur.  Belə ki, Konstantin Abramenko məşhur futbolçuların əksəriyyətinin yetişməsində, Sovet dövründə və müstəqillik illərində Azərbaycanda uşaq futbolunun inkişafında müstəsna xidmətləri olmuş Gəncə futbolunun əfsanəvi şəxslərdəndir. 

Digər bərbad vəziyyətdə olan Xaçmaz Şəhər Stadionudur. Meydança "Məhsul" KKİC-nin strukturundadır. Bu da  futbola olan "dəstək"dən xəbər verir. Rayon sakinləri satdionun durumunu paylaşaraq gileylənib, futbolçuların paltardəyişmə otağının ayaqyolunu xatırlatdığını deyiblər.

Lerikin Vizəzəmin kənd stadionu da uşaqları və gəncləri futbola həsrət qoyub. Kənd sakinlərinin bildirdiyinə görə, bura maliyyə dəstəyi olarsa ölkənin ən yaxşı stadionlarından olar. 

Sabirabad rayonunun Muğan Gəncəli kəndində yerləşən stadion da hər kəsinetirazına səbəb olub. Kənd sakinləri sosial şəbəkə vasitəsilə meydançanın bu durumuna etirazlarını bildiriblər. 

"Hafka" kimi tanınan iş adamı Hafiz Məmmədovun bir zamanlar TPL-də oynayan, hazırda fəaliyyətini dayandıran “Bakı” klubunun xarabalığa çevrilən bazası – Futbolun inkişafının əsl “sima”sıdır.

Buzovna qəsəbə stadionu da digər bölgə stadionlarının  geri qalmır. 

Yardımlı rayon "Sahil" stadionu  da bərbəd vəziyyətdədir. Heç kəs bu meydança ilə maraqlanmır. 

MKT İsehsalat Kommersiya Birliyinin balansında olan Ucar Şəhər Stadionu da bərbad vəziyətdə olan futbolun bariz nümunəsidir. 

Qazax rayonu Çaylı kənd stadionu və Qubanın Bağbanlı kənd stadionun da vəziyyəti futbolsevərlərin ürəyini ağrıdır. Bildirək ki, Qazax rayonu Çaylı kənd stadionu kənd bələdiyyəsinin nəzdindədir.

5 min tamaşaçı tutumuna malik Bərdə şəhər stadionu baxımsız vəziyyətdədir. Stadion sonuncu dəfə 2010-cu ildə kənd sakinləri və  futbol sevərlər tərəfindən təmir olunub. 

Mingəçevir Stadionu da bölgənin futbolsuz qalmasında əsas səbəb olur. 

Tarix: 8-07-2019, 17:15
Xəbəri paylaş





Xəbər lenti