İbrahimoviçlə məzələnən, komanda yoldaşının gözündə siqaret söndürən dəli futbolçu– Barton (FOTOLAR)


 Coi Bartonu futbol tarixinin, hətta bütövlükdə idman tarixinin ən psixopat idmançısı adlandırmaq olar.

1982-ci ildə dünyaya gələs İngilis futbolçu tarixə adını oyunu ilə deyil, dəliliyi ilə yazdırıb.

2004-cu ildə “Manchester Siti” klubunda oynadığı zamanlarda komanda yoldaşı Jamie Tandynin gözündə siqaret söndürmüşdü. O, bu hərəkətinə görə 4 həftəlik maaşı həcmində pul cəzası almışdı.

jamie-tendy-sigara

Coi Barton 2007-ci ildə komanda yoldaşını döyərək yenidən gündəmə gəlmişdi. O,Ousmane Dabonu ölümcül döymüşdü. Dabo xəstəxanadan çıxana qədər Coi Barton bütün oyunlardan və məşqlərdən kənarlaşdırıldı. Oyundan kənarlaşdırılmaqla yanaşı, ona ağır cəzalar verildi.

ousmane-dabo-dayak-yedi

Coi Barton zibil atmaq, ev təmir etmək və .s bu kimi 200 saatlıq ictimai cəza almışdı.

joey-barton-kamu-gorevi

Digər bir komanda yoldaşı Dikson Etuhuya qarşı da göstərdiyi şiddətə görə onun haqqında araşdırma başlanmışdı. Lakin bu hadisədə o, cəza almamışdı.

"Nyukasl Yunayted" klubunda oynayanda isə rəqib komandanın futbolçusuna ağır yumruq zərbəsi vurmuşdu. Bu hadisədə də hakim onu görmədiyi üçün qırmızı vərəqə almaqdan xilas olmuşdu.

2008-ci ildə küçə davasına qarışan Barton 6 aylıq həbs cəzası almışdı. Lakin o bu cəzanı da alayarımçıq başa vurmuşdu. 6 ay həbs cəzası çəkməsi lazım olan futbolçu cəmi 77 gün həbsdə qalıb.

joey-barton-hapis-yatti

Coi Barton "Nyukasl Yunayted"də oynadığı zaman Emre Belözoğlu ilə də dalaşıb. Emrenin ona kəllə atması ilə başlayan dava komanda yoldaşları tərəfindən çox çətinliklə sakitləşdirilib.

2010-cu ilin dekabr ayında "Liverpul"a qalib gəldikləri oyunda Fernando Torresə söyüş söyməsi ilə bir daha gündəmə gələn Barton bu hadisədən də səssizcə xilas olmağı bacarmışdı.

emre-belozoglu-barton

O nə qədər dəli olsa da bir o qədər də yaxşı oyunçu kimi tanınır. Onun psixoloji müalicələr aldığı dönəmdə və həbsdə olduğu müddətlər ərzində Nyukasl Yunayted klub çox geriləmişdi. Onun geri dönüşü dörd gözlə gözlənilirdi. Geri döndüyü zaman çıxdığı ilk oyunda yenidən aləmi bir –birinə qatan Barton oyundan uzaqlaşdırıldı.

joey-barton

O 2012-ci ildə edə biləcəyi ən ağır dəliliyi etdi. Belə ki, 13 mayda “Mançestr Siti” ilə çıxdıqları son oyunda 55-ci dəqiqədə Karlos Tevezin üzünə yumruq vurdu. Stadiondan çıxarıldığı anda Sergio Agüeronun dizinə təpik və “Mançestr siti”nin kapitanı Kompaniyə kəllə atdıqdan sonra meydandan çıxdı. O bu hadisəyə görə daha sonra özünü müdafiə etməyə çalışsa da, alınmadı. Barton 12 oyunluq meydanlardan uzaqlaşdırıldı və 500 min funt-sterlinq pul cəzası aldı.

O, hətta Zlatan İbrahimoviç kimi məşhur futboçu ilə də burun-buruna gəlib. Barton “Paris Saint-Germain” və “Marseille” qarşılaşmasında vura bilmədiyi qola əsəbiləşən İbrahimoviçlə zarafat etmişdi. O, Zalatan İbrahimoviçin burnunu lağa qoymuşdu.

Coi Bartonun ağır bir uşaqlıq həyatı keçirdiyi bildirilir. Bundan əlavə, onun qardaşı 2005-ci ildə bir cinayət törədərək ömürlük həbs cəzası alıb. Bütün bunların onun yaşadığı həyata təsir edib.

Coi Barton haqqında son olaraq bir yaxşı detalı nəzərinizə çatdırmaq istəyirik. Onun bu qədər dəlisov olmasına baxmayaraq, maddi durumu zəif olan, alkoqol və narkotik maddə aludəçisi olan insanlara yardım etmək üçün şəxsi büdcəsinin vəsaiti ilə  bir fond yaradıb. Fondun adı “Tamsin Gulvin”dir.//Musavat.com//


Tarix: 28-07-2019, 14:09
Xəbəri paylaş





Xəbər lenti