Dollar kreditləri ilə bağlı dəyişiklik –Palata yeni qaydaları təsdiqlədi



Azərbaycanda xarici valyutada kreditlərin verilməsi ilə bağlı yeni qayda tətbiq edilib.

Siam.az Fed.az-a istinadən xəbər verir ki, bu yenilik Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb.

Qaydalara görə, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir.

Xarici valyutada gəliri olmayan borcalanlar xarici valyutada istehlak kreditlərini yalnız o zaman ala bilər ki, onun təminatı kimi, bankda xarici valyutada depozit olsun. Bu depozit ya borcalana, ya da üçüncü şəxsə aid ola bilər.

Bundan başqa, xarici valyutada istehlak krediti banka girov qoyulmuş bank metalları müqabilində də verilə bilər. Bir şərtlə ki, kreti təminatı əmsalı 90%-dən çox olmasın. Yəni götürülən kredit girovun məbləğinin 90%-dən artıq olmasın.

Qaydalara görə, daşınmaz əmlak krediti yalnız milli valyutada verilir. Bu kreditlərdə isə kredit zəmanət əmsalı 70%-dən artıq olmamalıdır.

Tarix: 9-12-2018, 13:07
Xəbəri paylaş





Xəbər lenti