Bitcoin dövrünə SON?-Yaxud yeni BAŞLANĞIC?


Bitcoin dövrünə SON?-Yaxud yeni BAŞLANĞIC?

Kriptovalyuta bazarlarının müəyyənedicisi bitcoinin dəyəri 3,500 dollardan aşağı düşüb.

Kriptovalyuta tənzimləmə çərçivəsində müxtəlif ölkələrdə addımlar atılarkən, Fransa Maliyyə Bazarları İdarəsi (AİF) ölkə ərazilərində xidmət göstərməyə lisenziyası olmayan dörd kriptovalyuta mübadilə birjasını qara siyahıya əlavə edib. AİF-in rəsmi bəyanatında qara siyahıya salınmış kriptovalyuta mübadilə birjasının AİF-dən icazəsiz investisiya təklifləri qəbul etdiyi bildirilir. AİF investorlara yeni qurulan və yaxşı şəkildə təsdiqlənməyən kriptovalyuta birjalarında ticarət edərkən diqqətli olmaq barədə xəbərdarlıq edib.

Paralel olaraq, son 24 saat ərzində kriptovalyuta bazarlarında bir müddətdir davam edən azalma tendensiyası ən yüksək həcmli 10 kriptovalyuta arasında 6-nın geriləməsi ilə davam edir. Cəmi 57 milyard 145 milyon dollar olan bitcoin, son 24 saatda 0,18 faiz azalaraq 3,279 dollara geriləyib. 2017-ci ilin dekabrında 20.000 dollara qədər yüksələn bitcoin ən son sentyabr ayında 3.200 dollara yüksəlmişdi. Düşmə göstərir ki, bitcoin son altı həftədə dəyərinin demək olar ki, 50 faizini itirib. Bazardakı enmənin nəticəsində Tether, EOS, Litecoin və Bitcoin Cash yüksəlib. Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 67-si geriləyib. Maraqlıdır, azalmaya səbəb nədir və ümumiyyətlə, virtual pul dövrü bitirmi?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, elektron valyutaların dəyərinin düşməsi trendi heç bir halda onların tükənməsi ilə bağlı deyil: “Doğrudur, gələcəkdə virtual pulların mərhələli dövrünü proqnozlaşdırmaq çətindir. Amma ümumiyyətlə, gələcəkdə elektron valyutalar hər bir nominal pul vahidlərini əvəz edəcək. Çünki inkişaf bu istiqamətdə gedir”.

İqtisadçı onu da qeyd edib ki, kriptovalyutalar birjalara mərhələli formada daxil olub: “Bir dövr elektron valyutaların sadəcə yaranmasını, sonrakı mərhələdə formalaşmasını, daha sonra isə tanınmasını əhatə etdi. Bu müddət ərzində fiziki və hüquqi şəxslər onu almağa başladı. Yəni, onlar öz kapitallarını elektron valyutada saxlamağa üstünlük verdilər. Bir müddətdən sonra bu valyutalar elektron ticarət platformalarına cəlb olundu. Təbii ki, bu zaman ərzində həmin valyutalar dəyərdən düşə də bilər, proses əksinə də gedə bilər. Çünki ticarət gedir. Bu, həcm indikatorlarından, tələb və təklifdən asılıdır. Elektron ticarət platformalarında ralli deyə bir xüsusiyyət var. Bu, istənilən valyuta cütlüyündə, eləcə də digər əmtəələrdə də ola bilər. Hazırda virtual valyutaların aşağıya doğru rallisi gedir. Virtual valyutaların dəyərdən düşməsi bir müddət davam edəcək. Müəyyən korreksiyadan sonra dəyər yenidən kəskin şəkildə arta da bilər. Hazırda kriptovalyutalar birjada ralli dövrünü yaşayır. Bu isə özündə onun dövrünün bitməsini ifadə etmir”.

Yeganə Oqtayqızı

Tarix: 19-12-2018, 08:52
Xəbəri paylaş





Xəbər lenti