“SOCAR-ın bir hissəsi özəlləşdirilməlidir” – ŞƏRH


Prezident İlham Əliyev məmur özbaşınalıqlarından və korrupsiya faktlarından danışarkən bir sıra vacib məqamlara toxundu. Ölkə başçısı bildirib ki, belə halların aradan qaıldırılması üçün islahatlar aparılır. Prezident vaxtilə pis idarəetmənin qurbanına çevrilən SOCAR-ın nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəyini vurğuladı. Həmçinin qazda çoxlu itkilərimizin olduğunu, bunun isə şübhə doğurduğunu açıqladı.
Bəs görəsən, Prezidentin qeyd etdiyi qaz itkiləri nədən qaynaqlanır? Bu barədə araşdırma aparıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın saullarına cavab verən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, mövcud itkiləri təkcə köhnə infrastruktur məsələsinə bağlamaq olmaz: “Əgər söhbət daxili istehlakda qaz itkilərindən gedirsə, bu ümumilikdə SOCAR-ın probləmlərindən irəli gələn bir məsələdir. Həmin itkiləri ayrıca təhlil edərək hansısa nəticələrə nail olmaq çox çətindir. Neft-qaz eyni sektora məxsus əmtəə məhsullarıdır və gəlirlərin 95 faizi xaricə satışdan asılıdır. Daxili istehlaka gəldikdə isə Azərbaycanın 90 faizdən çox hissəsi qazlaşdırılıb. Türkiyə və Avropa dövlətləri ilə müqayisədə Azərbaycanda qazlaşdırma işi qənaətbəxşdir. Əlavə itkilərin olması təbiidir. Bu itkilər dövlət büdcəsi hesabına konpensasiya edilir. Çünki qazlaşdırma işini bilavasitə dövlət aparır. Ona görə də mövcud itkilərin təkcə köhnə infrastruktur məsələsinə bağlamaq olmaz. Burada subyektiv amillər də ciddi rol oynayır. Çünki hesabatlılıq düzgün qaydada aparılmır”.

Ekspertin fikrincə, bu sahədə təkcə nəzarəti gücləndirmək kifayət etmir: “Geniş miqyaslı islahatlar aparılmalıdır. Ən əsas məsələ isə bu sferada gələcəkdə özəlləşdirilmə prosesidir. Sektoru tam olaraq özəlləşdirmək doğru olmaz. Dövlət üçün əhəmiyyətli hissə saxlanılmaq şərtilə artıq yük təşkil edilən hissələri özəlləşdirmək olar. SOCAR-ın müəyyən hissələri və “Azəriqaz”ın özəlləşməsi məqsədəuyğundur. Belə olan halda gələcəkdə itkilər minimuma endirilə bilər. Qaz itkilərinin qarşısını almaq üçün özəlləşdirilmə prosesi vacibdir”.
Tarix: 1-05-2022, 10:41
Xəbəri paylaş





Xəbər lenti