100 il sonra ilk dəfə Rusiyanı defoltdan 1 sutka ayırır - "Bloomberg"dən şok iddia...

100 il sonra ilk dəfə Rusiyanı defoltdan 1 sutka ayırır -
Rusiyanın iki xarici istiqraz üzrə ödənişlər etmək və defoltdan yaxa qurtarmaq üçün bir sutkadan bir qədər artıq zamanı qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, aprelin əvvəlində tranzaksiyanı rubllarla həyata keçirməyə cəhdlər səbəbindən vəsaitlərin bloklanmasından sonra 650 milyon dolların kuponlar və əsas ödənişlər formasında güzəştli əsaslarla köçürülməsi müddəti mayın 4- də bitir.
 
"Bloomberg" qeyd edib ki, Rusiyanın 100 ildən artıq müddətdən sonra ilk defoltu o zamanadək qaçılmaz görünüb ki, Rusiyanın maliyyə nazirliyi məlumat verib ki, istiqrazların ödənilməsi üçün vasitələr maliyyə sistemindən hərəkət edir.
 
"Lakin dollar hələ son mərhələsini keçməlidir. Mayın 2- də günün ikinci yarısında ödənişlər Avropada hesablama palatalarının heç birinə daxil olmayıb. Fəsadlar Rusiyayanın Ukraynaya qarşı hərbi müdaxilə səbəbindən tətbiq edilən genişmiqyaslı sanksiyakar nəticəsində yaranıb. Bu sanksiyalara ölkənin bəzi ən iri kreditorlarına qarşı məhdudiyyətlər, aktivlərin həbsi və ölkənin qızıl ehtiyatlarının dondurulması daxildir", - Avropa İttifaqındakı etibarlı mənbə vurğulayıb.
 
"Bloomberg" qeyd edib ki, defoltdan öncə hesabata JPMorqan Chase & Co. maliyyə konqlomeratı ABŞ Xəzinədarlığının əmri  əsasında istiqrazlar üzrə odənişlərə son verməsindən sonra start verilib. Son müddətdən bir neçə gün əvvəl Moskva daxili dollar ehtiyatından istifadə edib və bəyan edib ki, pulları xarici ödəniş agentinə köçürüb.
 
ABŞ Xəzinədarlığı, jurnalistlərin məlumatına görə, tranzaksiyaları bəyənib, çünki Rusiya pul xərcləyib və Ukraynaya qarşı müharibədə istifadə edə biləcəyi ehtiyatlardan yararlanıb.
 
Bununla yanaşı, "Bloomberg"in yazdığına görə, hətta Moskvanın ödənişləri ünvanına yetərsə və Rusiya defoltdan yaxa qurtara bilərsə, bu, müvəqqəti "fasilə" olacaq, çünki bir neçə gündən sonra Kremlin dollarla faizlərin və suveren istiqrazlar üzrə avro ilə yeni ödəniş müddəti başlayır.

Tarix: 4-05-2022, 09:12
Xəbəri paylaş





Xəbər lenti