Bu müsəlman türk kişi ölümlə üzləşərək 40 insanı daşqından xilas etdi...-FOTOLAR+VİDEO
Türkiyədə leysan yağışların selə səbəb olduğu son günlər boğulanların xilas edilməsində böyük əməyi olmuş ekskavator sürücüsü Sefer Çankurun adı qəhrəman kimi çəkilir.
Moderator.az-ın “Yeni Şafak” nəşrinə istinadla verdiyi xəbərə görə, bir çox evin sel suları tərəfindən dağıdıldığı Ayanjik Sinop rayonunun Babaçay kəndində ekskavatorla 40 nəfəri xilas edən bir müsəlman türk həmin gecə yaşadıqlarını danışıb.
Sefer daşqın gecəsi - 11 avqustda ekskavatoruyla Babaçay kəndinə gəlib. Su səviyyəsinin sürətlə yüksəldiyini və leysan yağışların davam etdiyini görən kişi ekskavator çalovu ilə özünə yol açaraq evlərə tərəfə gedib və sakinləri təxliyə etməyə başlayıb.
Cankurun sözlərinə görə, bəzi insanlar sel sularına düşməsinə baxmayaraq evlərini tərk etmək istəməyiblər. Buna rəğmən qəhrəman ekskavatorçu çoxlarını dilə tutaraq xilas edə bilib. Artıq 40-a yaxın adamı daşqın sularının çəngindən qurtardıqdan sonra, səhər saat 6 radələrində hava pisləşməyə davam edib və ağır çəkili maşının sürücüsünün özü problemlə üzləşib.
"Maşınım palçığa batdı və tamamilə su altında qaldı. Allaha şükürlər olsun ki, vertolyotdan məni gördülər və vaxtında xilas olundum" -deyib Sefer Cankur.