Yaxın zamanda Nuh tufanı gözlənilir: Alimlərdən qorxulu proqnozlar


Yer kürəsi

Bu günlərdə geofizik alim Yelizaveta Xromovanın onlayn qaydada keçirilmiş və ictimaiyyətə açıq formada təqdim edilmiş beynəlxalq konfransdakı çıxışı böyük müzakirələrə səbəb olub. Maraqlıdır ki, alimin Yer kürəsindəki təbii fəlakətlərin artmasının səbəbləri barədə danışdıqları dini kitablardakı qiyamət günü ssenariləri, Nuh tufanı ilə bənzərlik təşkil edir. Ən pisi də budur ki, sonun başlanğıcında olduğumuzun həyəcan təbili çalınır.

Xromovanın çıxışında bildirilir ki, 1998-ci ildə Yer kürəsinin daxili nüvəsində silkələnmə olub.
“Hazırda planetin dəmir nüvəsi şimala doğur sürüşüb. O, yerin fırlanması nəticəsində ürək kimi döyünür. Planetin daxilində maqnit sahəsi azalır, şimal maqnit qütbünün anomaliyaları da bununla əlaqəlidir. Bu anomaliya Yer kürəsinin fırlanma sürətini artırıb. Hesablayıcı qurğular yer kürəsinin ekvator üzrə genişlənməsi faktını qeydə alıblar. Yer kürəsi getdikcə daha çox armudabənzər forma almağa başlayıb. Planetin mərkəzdənqaşçma qüvvəsi artıb, su yoxa çıxmağa başlayır, baxmayaraq ki, yağışlar, daşqınlar heç də az deyil. Bu, nüvədəki çat səbəbi ilə baş verir. Maqnit sahəsinin azalması atmosfer təqyqini azaldır. Məhz maqnit sahəsi bizim atmosferimizi qoruyur, o olmadan Yer kürəsi oksigendən məhrum olardı.
Yerin dəmir nüvəsinin mikrodəyişimi böyük təbii fəlakətlərə səbəb ola bilər. Yer hazırda günəşlə rezonansda deyil. Günəş minimumu dövrünün yaşanması ilə əlaqədar onun yerə təsir gücü azalıb. Nüvənin ürək kimi döyünməsi zərbə dalğası yaradır. Mikroseysmik fəallıq artır. Nüvədə gərginlik və çatlar artır. Maqma daha çox yer qabığına tərəf qalxmağa başlayır. Bu yer qabığının daha çox isinməsinə səbəb olur. Vulkanik aktivlik çoxalır”,- deyə alim bildirib. O vurğulayıb ki, yerin daxilində su yer səthindəkindən qat-qat çoxdur. İndi Yer planetinin tərkibindəki qaynar qatqılar üstə çıxmağa başlayır.
“Bu isinmə yerin su ehtiyatlarının buxarlanmasına, azalmasına səbəb olacaq. Biz artıq bu istixana effektini hiss etməyə başlamışıq. Ötən 10 ildə daşqınların səviyyəsinin artması bununla əlaqədar idi. Yer qabığındakı suyun buxarlanmağa başlaması bizə fəlakətli leysanlar və uzun müddət dayanmayan yağmurlar şəklində geri dönəcək. Nuhun növbəti tufanı qaçılmaz olacaq. “Bibliyadakı qiyamət hekayələrinin bizə nə dəxli var?” deməyin”,- deyə alim xəbərdarlıq edib. Onun Yerin 12000 ildən bir dəyişikliyə uğraması barədə elmi proqnozlarını ötən yazımızda təqdim etmişdik. Maraqlıdır ki, Xromovanın söylədiyi elmi faktlara qədim hind kitabələrində də rast gəlmək olur.
Əslində dünyanın sonu, Nuh tufanı barədə əfsanələr yalnız Xristianlıq, Musəvilik və İslamla əhatələnmir. Veda təlimlərinə əsasən, Yer kürəsi hər 12000 ildən bir fəsil dəyişirmiş kimi yeni dövrünə qədəm qoyur. Yer kürəsinin 4 zaman sikli mövcuddur. Sati yuqa, Treta yuqa, Davapara Yuqa, Kali yuqa. Hazırda Kali yuqa dövrünün 12000 illiyinin sonlarındayıq. Maraqlıdır ki, Xromovanın dediyi kimi, Kali yuqaya da əsasən, bu dövr 2025-ci ildə başa çatacaq. Bu məlumat qədim yazılarda da təqdim edilir. Məlumata görə, bu dövrlər gecə və gündüz kimi bir-birini təqib edir. Son 2700 ili yer kürəsi ömrünün işıqlı dönəmini yaşayıb. 2025-ci ildə buna son qoyulacaq. Hər yuqa dövrü arasındakı keçid Yer kürəsində dəhşətli kataklizmlərlə müşaiyət olunur. Həmin ərəfələrdə Yer kürəsinin mənzərəsi dəyişir, bir qitəni su basır, digəri meydana gəlir və s.
Kali yuqa dəmir dövr başa çatır. Bəs sağ qalan olacaqmı? Nuhun gəmisinə bu dəfə kimlər qalxıb insan oğlunun nəslini davam etdirəcək?
Din tarixini dərindən araşdırmış ezoteriklərin fikrinə görə, 2025-ci ildə yalan, fırıldaq, qorxu, pis düşüncələr dalğasında vibrasiya edən bütün insanların ruhu yer üzünü tərk edəcək. Xüsusən qorxuları insanı məhv edir. 2025-ci ilə yaxınlaşarkən Yer kürəsindəki insanları qlobal səhiyyə böhranı, gələcəklə bağlı qayğılar, işini itirmək kimi qorxular sarıb. Açar söz qorxudur. Yeni dövrə yalnız böyük inancı olanlar, ruhu təmiz və işıqlı şəxslər keçəcək. Bu insanlar qızıl dövrün insanları olacaqlar. Yəni başqa sözlə, qədim dini kitablarda yazılan əfsanələr elmi təsdiqini tapır və reallaşır. Həyatdan heç kim sağ çıxmayacaq. Bu məlum bir həqiqətdir. Amma əbədi həyatı qazananlar olacaq. Bu isə yalnız inananlar üçündür.
Tarix: 23-08-2021, 14:50
Xəbəri paylaş





Xəbər lenti