Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir...

Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir...
Ötən gün milli teatrımızın ilk peşəkar aktyorlarından olan Cahangir Zeynalovun doğum günü idi.
Siam.az kulis.az-a istinadla onun haqqında maraqlı faktları təqdim edir.
Kərbəlayi Cahangir Zeynalov 1865-ci ildə Bakıda doğulub. Atası Məşədi Rza kimi Cahangir də tacirlik edib.
***
Rus, ərəb, fars və fransız dillərini mükəmməl bilirdi. İstanbulda olan dostları ilə Osmanlı türkcəsində məktublaşırdı.
Gallery
Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb.
***
Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. O, 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub.
***
Özündən 25 yaş kiçik Hüsniyyə adlı xanımla ailə qurub. 12 il övlad həsrətindən sonra bir qız övladı dünyaya gəlib. Kərbəlayi Cahangir əhd edib ki, oğlu olsa, İmam Rzanın adını qoyacaq, qızı da olsa adını Nəsibə qoyacaq.
***
Həddindən artıq xeyirxah insan olub. Məşqləri qəsdən nahar vaxtına salarmış ki, aktyorlar yemək yesinlər. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirərmiş.
***
Hər il Əncüman məktəbinin şagirdləri üçün xüsusi pay göndərərmiş. Ailə başçısı olmayan ailələrə xidmətçiləri vasitəsilə pay göndərərmiş və soruşanlar bilməzmiş ki, bu yaxşılığı onlara Kərbəlayi Cahangir edib.
Gallery

Həyat yoldaşına Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirər, içinə qızıl pul və lazımi sovqat qoyarmış.
***
Dünyasını dəyişməzdən əvvəl həyat yoldaşına üç şey vəsiyyət edib: şəkilini böyütməsini, Əncüman məktəbinin pulunu kəsməməsini və Nəsibəni oxutmasını.
***
Ölümündən 2-3 il sonra Azərbaycanda sovet hökuməti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər.
Gallery
Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar.

***
Cahangir Zeynalov Azərbaycan teatrında səhnə yaradıcılığına yubiley keçirilən ilk aktyordur. 1910- cu il noyabr ayının 30- da onun səhnə yaradıcılığının 10 illiyi təntənəli şəkildə qeyd olunub.
***
Cahangir Zeynalov o vaxtlar “Nicat”, “Səfa”, “Müsəlman artistləri ittifaqı”nın, Hacıbəyov qardaşlarının “Opera və dram truppası”nın aralarındakı xoşagəlməz ləcliyi, çəkişmələri aradan qaldırıb.
***
1918-ci ilin 17 martında erməni daşnakları Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımı və körpə qızı Nəsibəni götürüb İranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası Məşədi Əbdüldayan Hüseynovun yanına gediblər. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə “Ardahan” gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopub. Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyinə tutulub.
***
Aktyor son dəfə səhnəyə “İsmailiyyə” zalında oynanan “Hacı Qara” tamaşasında baş rolda çıxıb.
Gallery

Səhnəmizdə qadınların olmaması onu həmişə narahat edirdi ona görə də o qızı Nəsibənin aktrisa olmasını arzulayırdı.
***
Cahangir Zeynalov 1918- ci ildə yatalaq xəstəliyindən dünyasını dəyişib. Onun harada dəfn olunduğu, məzarının yeri də məlum deyil.
Tarix: 22-09-2021, 08:40
Xəbəri paylaş





Xəbər lenti