Yaponiya üçün canlarını qurban verən kamikadze pilotlar haqqında İLGİNC FAKTLAR




Yaponiyanın fərqli döyüş strategiyasından biri də kamikadze pilotlardır. Onlar terrorçulardan fərqli olaraq, öz vətənlərini qorumaları üçün yetişdirilib.
İlk rəsmi kamikadze təyyarəsi 25 oktyabr 1944 -cü ildə Leyte körfəzindəki hədəfini vurub. Bundan əlavə Pörl-Harbora hücum zamanı yapon pilot təyyarəsini qəsdən dəniz hava limanına ataraq canını ölkəsi üçün qurban verib.

Bir neçə əsgərinin bu üsulla qaçılmaz bir qələbə qazandığını görən Yaponiya yeni bir strategiya hazırlamağa başlayıb.
15 İyun 1944 -cü ildə kapitan Motoharu Okamura 1 -ci Hava Təyyarəsi bölüyünə döyüşü qazanmaq üçün təyyarələrə intihar dalğıcı həyata keçirməyin vacib olduğunu deyib.

kam2.jpg (129 KB)

İntihar dəstəsi 250 kiloluq bomba ilə uçmağa başlayıb. Bu qədər partlayıcı ilə baş verən partlayış çox böyük olurdu və düşmənə ciddi zərər verirdi. Çox təəssüf ki, bu hücumlar zamanı kamikadze pilotlarının sağ qalma şansı olmurdu.

Nəticə ölüm olsa belə, bir çox yapon həyatını riskə ataraq və kamikadze pilot olub. Lakin heç də onların hamısı könüllü şəkildə ölümə getməyiblər.

kam3.jpg (124 KB)
İllər sonra kamikadze pilotların gündəlikləri araşdırılıb. Ortaya çıxıb ki, onların bir çoxu ölməkdən qorxub və düşmən üzərinə məcbur göndərilib.

Dövrün kamikadze pilotu olan Irokawa Daikichi gündəliyinə müntəzəm olaraq aclıq çəkdiyini və döyüldüyünü yazıb. Araşdırmalar zamanı aydın olub ki, döyülən pilotlar kamikadze olmağa könüllü olmayanlar imiş.

kam4.jpg (74 KB)

Buna görə də kamikadze olmaq istəməyən pilotlar vətənə xəyanət ittihamı ilə döyülüb və işgəncələrə məruz qalıb.
Zorakılıqla da olsa Yaponiya kamikadze pilotlardan lazımınca istifadə edə bilib. Onlar vasitəsilə Okinava döyüşü zamanı ABŞ ordusuna vurulan zərər, ümumi zərərin 80 faizini təşkil edib.

Müharibədən sonra Yaponiya bu üsuldan bir daha istifadə etməyib.

Musavat.com
Tarix: 26-09-2021, 23:33
Xəbəri paylaş





Xəbər lenti