Azərbaycanlı avtoritet bu şəhərə nəzarəti ələ keçirdi: “Xalilulin” məhv edildi
Rusiyanın Çelyabinsk vilayətinə nəzarət azərbaycanlı kriminal avtoritet İlham Osmanovun əlinə keçib.
Musavat.com lent.az-a istinadən məlumatına görə, Osmanov yerli "Xaliulin" kriminal qruplaşmasının sonuna çıxaraq şəhərdəki əksər bazar və digər obyektləri nəzarətə alıb.
Məlumata görə, o, Lotu Qulinin regiondakı tərəfdarlarını da səfərbər edərək adıgedən qrupun üzərinə yönəldə bilib. Artıq "Xalilulin"in lideri, qanuni oğru İvan Yuqay (Vanya Rezanıy) regionda təsir rıçaqlarını tam itirib.
Deyilənə görə, Rezanıy əvvəl Osmanovla bir hərəkət edirmiş. Amma sonradan araları soyuyub. Osmanov kriminal dairələrdə belə bir şayiə də buraxıb ki, guya Quli İvan Yuqayın qanuni oğru adını əlindən alıb. Bundan sonra Kaslaydakı zavoda nəzarət də İlham Osmanovun əlinə keçib.
Quliylə bərabər Osmanov digər nüfuzlu "oğru" Oleq Aşxabadskiylə də birləşərək Rezanıya son zərbəni vura bilib.
İlham Osmanovun adı Rusiya hüquq-mühafizə orqanlarına çoxdan tanışdır. Hələ 2015-ci ilin martın 3-də Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzə Baş İdarəsinin əməkdaşları kriminal avtoritet İlham Osmanovun hədə-qorxu yolu ilə 11 milyon rus rublunu mənimsəməsi barədə məlumat əldə etdikdən sonra əməliyyat keçirmişdilər. Yerli polis müəyən etmişdi ki, Osmanov həmin il fevralın 13-də Çelyabinsk şəhərində yerləşən "Engels" kafesində üç nəfər iş adamından 11,2 milyon rubl pul və "Volksfagen" markalı avtomobilinin sənədlərini güc vasitəsiylə hədə-qorxu ilə tələb edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Aleksandr Kiriçenko və 1978-ci il təvəllüdlü İlham Osmanov saxlanılıb. Əməliyyat zamanı onların üzərindən səs boğucusu olan tapança, 5 ədəd patron götürülmüşdü. Osmanovun 10 milyon rubl girov müqabilində azadlığa buraxmağı xahiş olunsa da, qəbul edilməmişdi. Çelyabinsk Mərkəzi rayon Məhkəməsi Osmanovu və onun iki dostunu 3 il sınaq müddəti ilə 3 il şərti azadlıqdan məhrum etmişdi, onlar amnistiyaya düşdüklərindən cəzadan azad olunmuşdular.
Tarix: 15-10-2021, 15:44