Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
Bakıda bal yarmarkası keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkada 250 arıçı növbəlilik prinsipi əsasında bu yarmarkada iştirak edir. Yarmarka, ərazisinin zonalara və sektorlara bölünərək arıçılar püşkatma yolu ilə yer verilib. Hazırda yarmarkada bir arıçı maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Bəs organik, təmiz balı digərlərindən necə fərqləndirmək olar?Arıçı
Tural Əliyevin sözlərinə görə, təmiz balla saxta balın ən düzgün öyrənilməsi və fərqləndirilməsi labaratoriya yolu ilə həyata keçirilə bilər. Bu çətin və hər kəs üçün əlçatan proses olmadığına görə, çalışın ki, balı tanıdığınız insanlardan alasınız.
"Saxta balı yediyiniz zaman, dad və qoxu hiss etməzsiniz. Belə balın tərkibində, süni dadlandırıcılar olur. İstehsalçılar, arıları şəkərlə qidalandıraraq, tərkibində polen olmayan maddə ifarz etmələrini təmin edərlər",- deyə arıçı bildirib.
Təbii balı, saxta baldan necə fərqləndirməli?- Təbii balı, saxta baldan fərqləndirmək üçün, bir qaşıq götürüb suyun içinə qoyun. Bal suda əriyərsə, təbii bal deyil. Bal suyun dibinə çökərsə, təbiidir.
- Balın üstünə bir neçə damla yod əlavə edin və içində az su olan stəkana tökün. Balın rəngi mavi rəngi alarsa, deməli, içində qarğıdalı nişastası var.
- Su stəkanının içinə bir neçə damla sirkə qoyun, daha sonra bal əlavə edin. Bal qaynamağa başlayarsa, tərkibində süni maddələr var.
- Kibriti balın içinə salıb çıxarın və sonra yandırın. Əgər yanarsa, bal təbiidir.
- Balı qaşıqlayıb havada tərsinə tutun. Əgər balın tərkibində su varsa, yerə düşəcək. Düşməsə, təbii baldır.
Bununla yanaşı başqa metodlar da var. Bal soyuducuda xarlanırsa, təbii baldır. Təbii bal qaşıqlayan zaman kəsintisiz gəlir. Soyuducuda bir ay qaldıqdan sonra xarlanan, kremləşən bal təbii baldır. Soyuq havada donmayan maddə, bal deyil.
Balın faydaları...Balın faydaalrı ilə bağlı çox iddialar olsa da, hamısı doğru deyil;
- Tərkbində antioksidan olduğu üçün təzyiqi aşağı salır.Bal çiçəklərdən alınan nektarlar ilə istehsal edilir. Çiçəklərdə olan nektar çox xüsusidir. Nektarın tərkibində minerallar, vitamin və təbii turşular var. Balın tərkibində antioksidan güclü olduğu üçün, insan bal yedikdən sonra antioksidan səviyyəsi yüksəlir. Qanda antioksidan səviyyəsiin artması isə, hüceyrələrə zərər verən, yaşlanmağa səbəb olan, xərçəng riskini artıran, ürək damar xəstəliyinə səbəb olan oksigen radikallarının azalması və xəstəliklərdən qorunmaq deməkdir.
- Xolesterolu aşağı salır.Ürək-damar xəstəliyi riski baxımından, xolesterol dəyərləri olduqca önəmlidir. Çünki xolesterol, damarların divarlarında kiçik tıxanmalara səbəb olur. Bu tıxanmalar isə infarkt, paralic və s. riski artırır.
- Öskürəyi kəsir.Xüsusilə, uşaqlıqda üst tənəffüs yolu infeksiyalarını çox müşahidə edirik. Bal, bütün öskürək siroplarından üstündür və öskürək kəsici xüsusiyyəti var.
Ancaq 1 yaşından kiçik uşaqlara bal vermək olmaz. Çünki balın tərkibində botulizm toksini var və bu, uşaqlar üçün ölümcül ola bilər.
Balın zərərləri...Həddən artıq şəkər tərkibli olduğu üçün insulinə qarşı müqaviməti olan, köklük və şəkərli diabetdən əziyyət çəkən şəxslərə tövsiyyə edilmir.
Tarix: 24-10-2021, 22:47