Çexiyada biznesi olan sabiq nazir nə qədər təqaüd alır?



Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Azərbaycan Respublikasının sabiq Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevdən bəhs edəcəyik.

Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləyib. 1992-ci ilin fevralın 17-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlayır. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi -Müdafiə Nazirinin birinci müavini, Müdafiə naziri vəzifəsinin icraçısı, Müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

S.Əbiyev mərhum Prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Sabiq nazir genaral-polkovnik rütbəsi daşıyıb. Uzun illər ölkənin ən önəmli simalarından biri olan Əbiyevin indi harada olması çoxları üçün maraqlıdır. 

Bir müddət öncə ölkə mətbuatında sabiq müdafiə naziri Səfər Əbiyevin harada olması ilə bağlı ilginc məlumatlar yer aldı. Bəziləri iddia edirdi ki, sabiq nazir ölkədən qaçıb, digələri isə onun gizləndiyini vurğulayırdı. Mediada S.Əbiyev Çexiyada biznes qurmasına dair də məlumatlıar yayılmışdı. Lakin sabiq nazir haqqında yazılanlara heç vaxt reaksiya verməyib. 

S.Əbiyevin qayını, Quba rayon Pirvahid kənd sakini Oktay Məmmədov mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, sabiq nazir xeyli vaxtdır qohumları ilə əlaqə saxlamır və onun harada olması ilə bağlı onlarda da məlumat yoxdur. 

Məlumata görə, indi o, tutduğu vəzifəyə uyğun olaraq dövlətdən təqaüd alır. Keçmiş nazirin təqaüdü də kifayət qədər yüksəkdir. Deyilənə görə, Səfər müəllim 3 min manatdan çox təqaüd alır. Ailəlidir, 2 övladı var.
Tarix: 26-10-2021, 08:57
Xəbəri paylaş





Xəbər lenti