Skif qızılları Ukraynaya veriləcək
Amsterdam Apelyasiya Məhkəməsi Skif qızılının Ukraynaya verilməsi barədə qərar qəbul edib.
Müvafiq qərarı oktyabrın 26-da məhkəməyə sədrlik edən hakim Paulin Xofmeyer-Ryutten tərəfindən elan edib.
Onun sözlərinə görə, qızıl eksponatlar Ukraynanın mədəni irsinin bir hissəsidir və Ukraynaya təhvil verilməlidir.
Amsterdam Universitetinin rəsmisi və Niderlandın “Allard Pierson” muzeyinin məsul nümayəndəsi Yaşa Lanqe isə bildirib ki, məhkəmə eksponatların mülkiyyətinə dair yekun qərar verənə qədər onlar Skif qızıllarını mühafizə etməyə davam edəcək.
“Məhkəmənin yekun qərarını gözləyəcəyik. Biz bu qərarı yekun qərar adlandıra bilmərik, çünki tərəflərin hələ də Niderlandın Ali Məhkəməsinə müraciət etmək imkanları var”, - deyə Yaşa Lanqe vurğulayıb.
Mənbə: TASS
Tarix: 27-10-2021, 08:28