Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - FOTOLAR


Biznes və digər sahələrdə müvəffəqiyyətli olan bir çox qadın var. Azərbaycanda da işgüzar xanımlar getdikcə fəaliyyət dairəsini genişləndirərək dünya səviyyəsinə çıxır, beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirir, fərdi sahibkarlığın bir çox sahələrində özlərini uğurla sınaqdan keçirirlər


Siam.az azərbaycanlı biznes lediləri təqdim edir:


Zərifə Həmzəyeva - "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı, "Premium Bank”ın təsisçisidir. O, həm də  1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan "Gazelli” şirkətinin sahibidir.  "Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir. 


Diana Əhədpur – Azərbaycanlı model,  "Diana Ahadpour" brendinin yaradıcısıdır. Onun geyimləri dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda bir çox moda həftələrində nümayiş etdirilib. 17 iyun 2017-ci il tarixində Bakı şəhərində yerləşən "Port Baku Mall"da "Diana Ahadpour" brendinin butiki açılıb. 2018-ci ildə "Azerbaijan Fashion Week 2018" tədbirində Əhədpurun geyimləri nümayiş olunub. Model, həmçinin 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ərəb qadınlar üçün hazırlanmış kolleksiya ilə daha bir butik, o cümlədən 2021-ci ilin martında Türkiyənin İzmir şəhərində bir mağaza açıb. Diana Əhədpur iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə ailəlidir, cütlüyün bir övladı var.
 
Ruhi Əliyeva - "Liatris Holding”in rəhbəridir. MMC-nin tərkibinə bir neçə şirkət daxildir. Bunlardan biri "Liatris Travel”dir. Tibbi və Səyahət Şirkəti 2018-ci ildən etibarən, Azərbaycanda və dünyanın istənilən ölkəsində tibbi, istirahət və biznes səyahətlərini təşkil edir. Holdinqə daxil olan digər şirkətlərdən biri, News24.az xəbər portalıdır. Biznes ledi, həmçinin "Emerald Butik”in də sahibidir. Öz müştərilərinə əl işi olan yüksək keyfiyyətli qızıl-zinət əşyalarını təklif edən "Emerald Butik”də dünyanın ən irəli gələn brendlərinin müxtəlif çeşidli məhsulları satışdadır. Ruhi Əliyevanın sahibi olduğu şirkətlərdən biri də MRH GROUP-dur. 2020-ci ildə əsası qoyulan şirkətlər qrupu digital və internet marketinq, PR işləri, sosial şəbəkələrdə reklam, informasiya texnologiyaları, internet texnologiyaları, proqram hazırlanması və paylanması sahəsində xidmətlər göstərir.

 
Leyla Şıxlinskaya - Azərbaycanda ilk şəxsi klinikalardan birinin – öz adını daşıyan klinikanın sahibidir. İxtisasca aktrisa olan və bir çox filmlərdə rol alan Şıxlinskaya həkim ailəsində dünyaya göz açıb. Ailədən gələn təcrübə onun üçün yol xəritəsi olub və tibb ocağı yaratmaq qərarına gəlib. Hazırda bu klinikada bir çox tibbi prosedurlarla yanaşı, doğuş şöbəsi də fəaliyyət göstərir.


Aysel Trudel (Hüseynova) – Azərbaycanlı diplomat Aydın Hüseynovun qızı, dizayner Aysel Trudel Rusiyada moda sənayesini yaradan və bu sahədə ən çox pul qazanan dörd uğurlu rus qadından biridir. 16 yaşından işləməyə başlayan Aysel həyat yoldaşı ilə tanış olanda artıq Moskvada dəbli paltarların satışı ilə məşğul olan butiklər sahibiydi. Azərbaycanlı biznes-ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. O, Moskvanın ən bahalı butiklərindən olan "Soho", "Aizel's Secret" və "Agent Provocateur" dükanlarının sahibidir. "Marc Jacobs", "Stella McCartney", "Matthew Williamson", "Michael Kors", "Oscar de la Renta", "Donna Karan", "Ruffo", "Alessandro DellAsqua", "Helmut Lang", "Calvin Klein Collection", "Burberry Prosum", "Celine", "Lanvin" və "Christian Laboutin" kimi super brendləri Rusiya bazarında təmsil edir.

 



Zəhra Bədəlbəyli - Şairə, prodüser, Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvü olmaqla yanaşı, həm də biznes-ledidir. O, 2015-ci ildən "Gamma group” şirkətinin direktorudur.

Elnarə Nəhmədova - "Beauttech by Elnara Nakhmedova " gözəllik salonları şəbəkəsinin direktorudur. O, 17 yaşından stilist peşəsini seçib və professional fəaliyyətini davam etdirib. Müxtəlif xarici treninqlərə qatıldıqdan sonra 2008-ci ildə şəxsi salonunu açmağa qərar verib. Məqsəd fərqli, o zamanlar Azərbaycana məxsus olmayan bir konseptlə komanda şəklində çalışan stilistlərlə, professional xidmətlə və yüksək keyfiyyətlə gözəllik mərkəzi yaratmaq olub. "Beauttech” 9 il fəaliyyətdə olduğu müddətdə Bakı şəhərində 6 böyük mərkəzə və 100-dən çox işçi qüvvəsinə sahib olub. 

Zara Hüseynova - "ALZA” butiklərinin və "Wowoman” qadın platformasının təsisçisidir. Biznes ledi "Forbes” jurnalının 30 yaşdan aşağı "30 avropalı sosial sahibkar” siyahısında da yer alıb.

Nərgiz Rzayeva - 2003-cü ildən ABŞ-ın Nyu Cersi ştatında yaşayan azərbaycanlı iş xanımı Capital Medical Billing Solutions” şirkətinin təsisçisidir. O, Nyu Cersiyə gələndən sonra 2003-2005-ci illərdə "Cooper Rehab and sports therapy” şirkətində işləyib. 2005-2007-ci illərdə əvvəlcə "PBS " şirkətində, ardınca "Shore orthopedic group”-da çalışıb. 2007-2009-cu illərdə müəyyən kurslar götürərək daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib. 2009-2011-ci illərdə "Caldwell Bnker Realty” şirkətində həmin ixtisas üzrə fəaliyyət göstərib. 2011-ci ildə köhnə ixtisasına dönərək, iki il "The Plastic Surgery Center”də işləyib. 2013-cü ildən rəfiqələrindən biri ilə "Capital Medical Billing Solutions” şirkətini təsis edərək, həmin müəssisəyə rəhbərlik etməyə başlayıb. Həyat yoldaşı Robert Baldla 2002-ci ildə ailə həyatı qurublar. Robert sahil mikrosistemləri mühəndisləri şirkətində menecer işləyir. İki övladı var. 

Səkinə Babayeva - Azərbaycanın ilk tikiş müəssisələrindən olan Bakı-Əyrici-Toxucu-Trikolaj Fabrikinin rəhbəridir. Onu digərlərindən fərqləndirən iki xüsusiyyət var. Bunlardan biri adi işçidən fabrik sahibliyinə qədər yüksəlməsi, digəri isə eyni zamanda ictimai fəaliyyətlə məşğul olmasıdır. S.Babayeva, həmçinin İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılmış Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir.

Sfera.az
 Fotoları təqdim edirik












Tarix: 27-10-2021, 20:25
Xəbəri paylaş





Xəbər lenti