"Həcər Nəbinin 40-ı çıxmamış ərə gedib, o, qəhrəman ola bilməz" - Sərdar Cəlaloğlu
"Həcər və Nigarı qəhrəman kimi qələmə vermək olmaz, onlar qəhrəman deyil. Şirin də fars qızıdır. Qaçaq Nəbinin həyat yoldaşı Həcər Nəbinin 40-ı çıxmamış ərə gedib. Ümumilikdə isə, həyatı boyu 7 dəfə ərə gedib. Bu, heç vaxt Azərbaycan xanımları üçün ideal ola bilməz. Nigarın da heç bir qəhrəmanlığı və müsbət keyfiyyəti olmayıb. Sadəcə olaraq, Koroğlunun arvadı olduğu üçün qəhrəmanlaşdırılıb". Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, bunun əksini iddia edən, Həcərlə Nigarın qəhrəman olduğunu sübut edə bilən varsa, debata hazırdır: "Bu şəxslər Azərbaycan xalqının tərbiyə olunmasında heç bir rol oynamayıblar, əksinə pis tərbiyə nümunəsidirlər. Azərbaycan xalqının tərbiyəsində doğrudan da əməyi keçənləri ideallaşdırmaq lazımdır. Belə şəxslərə Cavad xan, onun yoldaşı Bəyim xanımı, Quba xanının bacısı Bikə xanımı, Səttar xanı, Seyid Cəfər Pişəvərini nümunə göstərmək olar. Xalq qəhrəmanı nümunəsi isə Dədə Qorqud dastanındakı Qaraca Çoban ola bilər".
Tarix: 28-10-2021, 15:37