Məşhur rejissor ABŞ prezidentinin öldürülməsi ilə bağlı sirləri açdı - Mərkəzi Kəşfiyyat İdarəsinin QALMAQALI VİDEO
ABŞ prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı sənədli film çəkən rejissor Oliver Stoun bu siyasi qətlin MKİ tərəfindən ört-basdır edildiyi iddiasının doğru olduğunu bildirib.Musavat.com xəbər verir ki, “Oskar” mükafatlı ABŞ rejissoru Oliver Stounun rejissoru olduğu “JFK Revisiting: Through Reflection” sənədli filmi noyabrın 12-də ölkəsində nümayiş etdirilib.
Stoun 1963-cü ildə ABŞ-ın keçmiş prezidenti Con Kennedinin (JFK) qətlindən bəhs edən sənədli filmlə bağlı təəccüblü açıqlamalar verib.
75 yaşlı rejissor 1991-ci ildə çəkdiyi “JFK” filmi ilə prezidentin qətlindəki şübhələrə diqqət çəkib. Daha sonra o, ABŞ rəsmilərini sui-qəsdlə bağlı 2029-cu ilə qədər məxfi qalmalı olan sənədləri mərhələli şəkildə yaymağa inandırıb. İndi isə yeni sənədli filmi ilə mövzunu gündəmə gətirən Stoun, MKİ-nin sui-qəsdlə bağlı həqiqəti gizlətdiyi iddiasının yalan deyil, fakt olduğunu bildirib.
Sənədli film üçün tarixçilərdən, kriminal ekspertlərdən və bu işdə iştirak edən şəxslərdən müsahibə alan rejissor, “Gündüz bütün dünyanın gözü qarşısında ABŞ prezidentini öldürəndə insanlar dərhal hiss etdilər ki, böyük dövlətlər iş başındadır”, – deyə açıqlama verib.
1963-cü ildə aparılan araşdırmada Kennedinin maşınını Texasda güllələyən kommunist simpatizanı Li Harvi Osvaldın sui-qəsdi təkbaşına həyata keçirdiyi açıqlanmışdı.
Ancaq həbs olunarkən qurban olduğunu və Kennedini öldürmədiyini deyən Osvald da sui-qəsddən iki gün sonra Cek Rubi tərəfindən öldürüldü.
Stoun sənədli filmində komissiyanın uyğunsuzluqlarına da diqqət yetirib. O, sənədli filmi ilə tamaşaçılarını Sovet İttifaqında yaşamış və Kubanın kommunist lideri Fidel Kastronu dəstəkləyən vərəqələr yayan Osvaldın MKİ ilə əlaqəsini və onun əslində ikili agent olduğunu açıqlayıb . Sənədli filmdə o da bildirilir ki, əgər Osvald yeganə snayperdirsə, güllə Kennedinin kürəyindən dəyməlidir.
Sənədli filmdə Kennediyə qarşı ölümündən əvvəl də buna bənzər uğursuz sui-qəsd planlarının olduğu və bu dəlillərin məhv edildiyi iddia edilir. Sui-qəsd qeydlərini nəzərdən keçirən hakim Con Tunheim də Oliver Stouna sübutların məxfi xidmətlər tərəfindən məhv edildiyinə inandığını söyləyib.
Tarix: 20-11-2021, 23:06