Ayın şimal üfüqündə kubşəkilli “sirli ev” göründü...

Ayın şimal üfüqündə kubşəkilli “sirli ev” göründü...
 
Çinin Aydakı “Yuytu-2” aparatı sirli kubşəkilli obyektin fotolarını göndərib.
 
Moderator.az xəbər verir ki, bu barədə kosmos üzrə jurnalist Endryu Cons özünün Twitter səhifəsində məlumat verib.
 
“Ayın arxa tərəfindəki “Yuytu-2”-dən bir yeniləmə var. Şimal üfüqdə naməlum kubşəkilli obyekt aşkar edilib, ona “sirli ev” adı verilib. Növbəti 3-4 ay günü ərzində aparat nə olduğunu öyrənmək üçün ona yaxınlaşacaq. Bu, şübhəsiz ki, daş abidə və ya yadplanetlilər deyil, lakin hər halda, araşdırmağa dəyər. Bəzən nəhəng qayalar zərbə nəticəsində parçalanır, biz artıq “Çane-4” (Çinin avtomatik planetlərarası stansiyası – red.) missiyası zamanı oxşar hadisəni görmüşük”, - deyə o, yazır.
 
Hazırda “sirli ev” çox qeyri-müəyyən göründüyü üçün əlavə məlumat əldə etmək mümkün deyil. Ayın bu hissəsi kraterlərlə bəzədilib, buna görə də qayanın asteroidin zərbəsi nəticəsində yarandığı daha inandırıcı görünür.
 
Xatırladaq ki, “Yuytu-2” 2019-cu ildə “Çane-4” missiyası zamanı Ayın arxa tərəfindəki Fon Karman krateri ərazisinə enən ilk aparatdır. Bu yaxınlarda onun köməyi ilə alimlər Ay mantiyasının tərkibinə dair məlumatlar əldə ediblər.
Tarix: 4-12-2021, 15:46
Xəbəri paylaş





Xəbər lenti