Kim vəzəfədən gedəcək, “Tərtər işi”nin aqibəti və daha nələr… - Səbuhi Rəhimlidən 2022-ci il üçün 25 proqnoz


Ənənəsinə uyğun olaraq tanınmış astroloq Səbuhi Rəhimli 2022-ci illə bağlı 25 proqnoz verib.

Siam.az astroloqun gələn illlə bağlı proqnozlarını təqdim edir:

1. Azərbaycanla Naxşıvanı birləşdirən Zəngəzur dəhlizi açılacaq.

2. Hakimiyyətdə böyük struktur dəyişiklikləri aparılacaq.

3. Qismən müstəqil olan mütəxəssislərə vəzifələr veriləcək.

4. Fevralda və noyabrda olmasa, il ərzində ölkədə devalvasiya gözlənilmir.

5. “Tərtər işi” ilə bağlı ilkin həbslər olacaq.

6. Qarabağda bu il də müharibə olmayacaq.

7. Hər hansı növbədənkənar seçki və referendum olmayacaq.

8. Səhiyyə və təhsil strukturlarında çalışanların istefaya göndərilməsinin şahidi olacağıq.

9. İki böyük və populyar məmur vəzifəsini itirəcək.

10. Koronavirus təhlükəsi ilin ikinci yarısından mahiyyətini itirməyə başlayacaq.

11. Hindistanla Çin arasında münasibətlər kəskin şəkildə soyuqlaşacaq, müharibəyə zəmin yaranacaq.

12. Rusiya hakimiyyəti son 12 ilin ən böyük siyasi təzyiqinə, etirazlara məruz qalacaq.

13. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili azadlığa çıxacaq.

14. Ermənistanın Baş naziri Nikol Paşinyanın devrilməsi cəhdləri fiaskoya uğrayacaq.

15. Türkiyədə hər hansı hakimiyyət dəyişikliyi olmayacaq.

16. Rusiya-Ukrayna müharibəsi olmayacaq.

17. Putin adminstrasiyası çətin də olsa, 2022-ci ili də iqtidar kimi yola salacaq.

18. Rusiyanın Türk Dövlətləri Təşkilatına qarşı siyasi hücumları intensivləşsə də, bu, yalnız may ayına qədər davam edəcək və nəticəsiz qalacaq.

19. Çinlə Tayvan arasında hər hansı hərbi münaqişə olmayacaq.

20. İlin gündəmdə olan əsas ölkələri İngiltərə, Almaniya, Danimarka, Suriya, İtaliya, Kiçik Asiya, Norveç, Əlcəzair, İsveç, Mərakeş, Hindistan, Kuba, Kanada və Çili olacaq.

21. Fransada keçirilən seçkilərdə Emmanuel Makron uduzacaq.

22. Təyyarə qəzaları və təhlükəli vulkan püskürmələrinin sayı artacaq.

23. Siyasi və hərbi sui-qəsdlər artacaq.

24. “Taliban” hökuməti ilə İran arasında siyasi gərginlik böyüsə də, bu, müharibə həddinə çatmayacaq.

25. Tibb və kosmos sahəsində çox böyük ixtiralar olacaq.
Tarix: 1-01-2022, 09:38
Xəbəri paylaş





Xəbər lenti