Nostradamusdan 2022 ilə bağlı 10 dəhşətli proqnozu



Məşhur fransız kahin Nostradamusun 2022-ci illə bağlı verdiyi proqnozlar növbəti dəfə gündəmi ələ alıb.
Axar.az Nostradamus bu il üçün 10 proqnozunu təqdim edir:
1. Roma üslubunun ən yaxşı ziyarətgahları olduğu yerdə təməllər rədd ediləcək.
Yozuma görə, bu, Avropa Birliyinin dağılmasına işarədir.
2. Göydən alov yağacaq.
Bu proqnoz 2 cür şərh edilib. Bəziləri bunun asteroid təhlükəsi kimi kosmosdan gələcəyini düşünür, bəziləri isə insan tərəfindən yaranmış böhrana işarə edildiyini düşünür.
3. Dənizin dərinliklərində təkanlar olacaq.
Yəni Yaponiyada zəlzələ olacaq.
4. Baş günəş kimi parlayan dəniz yanacaq. Qara dənizin balıqları qaynayacaq. Rodos və Genuya yarıac qalacaq.
Bu proqnoza görə, qlobal temperaturun artması ilə balıqlar dənizdə tələf olacaq. “Baş günəş kimi parlayan” dənizin hansı dəniz olduğu bilinmir.
5. Babil iqliminin əksi yaşansa da, böyük sızıntılar olmayacaq. Dünyada böyük iqlim böhranları olacaq. Bir ölkə qonşusunu alət və ərzaqlara görə talayacaq.
6. Qan və aclıqdan daha böyük fəlakət yaşayanlar 7 dəfə dəniz sahilindən keçəcək. Böyük aclıq və əsarət olacaq.
Yəni dünyanı bürüyən ərzaq qıtlığı ilə birlikdə mühacir kütləsi yaranacaq.
7. Böyük şəhərin ətrafında əsgərlər yerləşdiriləcək. Mavi baş ağ başa o qədər zərər verəcək ki!
“Böyük şəhər”in Paris olduğu düşünülür.
8. Uca dağda gecə olacaq və Ay çıxacaq. Ağlını işlədə bilən bunu görəcək. Gözlər cənuba çevrildikcə ölməz şagirdlər dəvət olunacaq. Əllər və bədənlər yenidən saxtalaşdırılacaq.
Süni kəşf və texnoloji inkişafı sürətlənəcək. Bu sözlərin texnologiyanın bizə təsirinə aid olduğu düşünülür.
9. Birinci adam qəfil öləcək. İradə dəyişəcək və hakimiyyəti başqası alacaq.
Şimali Koreya lideri Kim Çen İnin öləcəyi düşünülür.
Tarix: 1-01-2022, 21:31
Xəbəri paylaş





Xəbər lenti