Evdə “Wi-Fi” modem sağlamlıq üçün təhlükəlidirmi?
“Wi-Fi” modem zərərsiz bir cihaz hesab edilə bilməz. “RİA Novosti” xəbər verir ki, müasir cihazlar kimi, o da zəif radiasiya yaradır. Nisbətən yaxın məsafədən uzunmüddətli şüalanma sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.
Ekspertlərin fikrincə, ən uğursuz seçim modemin yataq otağında və ya bu otağın arxa divarında quraşdırılmasıdır. Mütəxəssislər sahəsi 100 kvadratmetrdən çox olan nisbətən böyük mənzillərdə belə daimi əsasda işləyən bir modemdən gələn radiasiyanın mənzildə yaşayan hər kəsə əhəmiyyətli dərəcədə zərər verə biləcəyi barədə xəbərdarlıq edirlər. Qonşulardan gələn şüalanmanı da nəzərə alsaq vəziyyətin nə dərəcədə təhlükəli olduğunu anlamaq elə də çətin deyil.
Odur ki, evdə “Wi-Fi” modem quraşdırarkən dönə-dönə düşünmək, heç olmasa gecə saatlarında və ya lazım olmadıqda modemi söndürmək lazımdır.(oxu.az)
Tarix: 2-01-2022, 21:52