Tənhalıq müasir insanın getdikcə daha tez-tez rast gəldiyi problemdir. Öz ikinci yarısını tapmaq təkcə qızlara deyil, güclü cinsin nümayəndələrinə də çətindir.
Seks və münasibətlər məsələlri üzrə ekspert Ossiana Tepfenhart şəxsi müşahidələri əsasında "Mən bilirəm nəyə görə bu qədər çox tənha kişi var" adlı kitab yazıb. Burada o, oğlanların şəxsi həyatında xoşbəxtliyə qovuşmağa mane olan 10 səbəbi üzə çıxarıb. Söhbət heç də zahiri görkəmdə deyil.
Böyüklər üçün filmlərin ulduzları ilə ünsiyyətdə olan insan kimi mən bilirəm ki, kiminləsə sekslə məşğul olmaq üçün heç də 1, 85 m boya və heyranedici bədənə malik olmaq vacib deyil. Bunlar kimlərinsə fantaziyalarıdır, sizin zahiri görünüşünüz isə münasibətləri mümkün edən çoxsaylı amillərdən yalnız biridir.
1. Sosial vərdişlərin itirilməsi Ossiananın sözlərinə görə, bunun günahı internetdədir. Əvvəllər şəxsi ünsiyyət vərdişləri, sadəcə, zəruri idi. "Əgər sən özünü necə aparmağı anlaya bilmirdinsə, sənin nə dostların, nə maraqların, nə də görüşlər perspektivin vardı",- Tepfenhart deyir. Lakin on-line rejiminə keçidlə üz-üzə ünsiyyətə ehtiyac qalmadı və oyun qaydaları dəyişdi.
2.Görüşlər barədə zərərli məsləhətlər Müqəddəs görüşə hazırlaşmaq üçün oğlanlar tez-tez müxtəlif forum və saytlarda gedən informasiyalara müraciət edir, bu isə zərərlidir. Orada təklif edilən şirnikləndirici metod, hiylə və emosional "yelləncəklər" qızların qəlbini fəth etməyin heç də ən yaxşı üsulları deyil. Toksiki üsullarla silahlanmış canan ilə qız görüşdən qaçacaqdır. Qızlar qadınlara başqa planetdən olan varlıq kimi deyil, ilk növbədə onları şəxsiyyət kimi görməyi məsləhət edirlər. Əgər qızla dostlaşıb, onu dinləməyi və anlamağı bacarırsansa, uğurlu görüş üçün şansınız yüz dəfə artacaq.
3. Kişilərin əksəriyyəti nəyi gözləməyi və ya münasibətlərdə nə istədiklərini bilmir Televiziya və KİV-lərin sayəsində bir çox oğlanlarda belə təəssürat yaranıb ki, minimum səylər göstərməklə, model parametrləri olan gözəl bir qızı əldə edə bilər. Ona görə də adi qızlara çoxları heç diqqət yetirmir. Həmçinin belə bir yanlış fikir də formalaşıb ki, gözəl cinsin istənilən xoşun gəldiyi nümayəndəsinin sevgisini aqressivcəsinə qazana bilərsən. Oğlanlar unudur ki, sağlam münasibətlər iki insanın istəyi ilə yaranır və bunun üçün böyük səylər tələb edilir.
4. Kişilərin çoxu hiss edir ki, münasibətlər onlardan çoxlu səylər və pul tələb edir Əsl centlmenlər həqiqətən daimi olaraq görüşlərin xərcini çəkir, bu zaman onlar imtina cavabı almaqdan sığortalanmayıblar. Belə vəziyyət təkcə onların pul kisəsinin deyil, həm də emosional resurslarının getdikcə azalmasına gətirib çıxarır. Ona görə də onların "yanmaması" üçün qızlar fasilələr götürməyi və görüş marafonundan istirahət etməyi məsləhət görür.
5. Qızı status xatirinə seçmək Bəzən kişi özünə həyat yoldaşı seçərkən ürəyinin hökmü ilə deyil, başqa kişilərin nə düşünəcəyini rəhbər tutmağa meylli olur. Yanındakı gözəl qız yalnız "atribut"dur, onun şəxsi keyfiyyətləri nəzərə alınmır. Belə cütlük uğursuzluğa düçar olacaq.
6. Keçmişin ağır xəyal qırıqlığı Ürəyini yeni ağrılardan qorumaq üçün illərlə münasibətlər qurmamağı təkcə qızlar deyil, oğlanlar da bacarır, - Tepfenhart belə düşünür. Qəlb yarasını yeni romanla "qapatmaq" olmaz. Keçmişdə baş vermiş ağır xəyal qırıqlığından qurtulandan sonra yeni sevgi axtarışına baş vurmaq olar.
7. Qığılcımın olmaması Bəzi oğlanlar münasibətləri təkcə münasibətlər xatirinə qurmaq istəmir. Onlara elə qız lazımdır ki, həqiqətən daxili aləmində qığılcım baş qaldırsın.
8. Emosional qeyri-sabitlik Emosional qeyri-sabitik, komplekslər və özünü aşağı qiymətləndirmə münasibətıərin qurulması üçün maneə ola bilər. Belə problemləri olan kişilər qadınları ittiham etməyə, onlardan istifadə etməyə və zorakılığa yol verməyə meylli olur, nəticə etibarı ilə gec-tez tənha qalırlar.
9. Hazırda münasibətlər üçün siz kifayət qədər yaxşı deyilsiniz hissi Münasibətlərə girməmişdən öncə öz üzərinizdə işləmək normaldır. Siz tərəf-müqabilinizə nə qədər çox şeyləri təklif etsəniz, sizin uzunmüddətli və möhkəm münasibətlər qurmaq şansınız çox olacaq. Həmçinin burada "taylı tayını tapar" deyimi yerinə düşür. Əgər siz öz yanınızda uğurlu və hərtərəfli inkişaf etmiş insanı görmək istəyirsinizsə, əvvəlcə özünüz belə olmalısınız, buna isə zaman lazımdır.
10. Bəxti gətirmə Bəzən belə də olur ki, görüş üçün planlar mənasız təsadüfdən pozulur və sizə elə gəlir ki, bütün dünya sizə qarşıdır. Lakin bu, əlinizin hər şeydən üzülməsinə səbəb ola bilməz, axı, bu qara zolaq mütləq keçib gedəcək, tale üzünüzə güləcəkdir.
Tarix: 3-01-2022, 16:42