Heyvanı xoşlayırsınız? Görün, orqanizmə necə təsir edir Heyva alma və armudun büzüşdürücü "qohumudur". Qədim Yunanıstan və Romada bərəkət və sevgi rəmzi olub ( sevgililər bir-birinə öz hisslərini ifadə etmək üçün heyva bağışlayırdı).
Bu meyvə orqanizmi xroniki xəstəliklərdən qoruyan və iltihabı azaldan antioksidantlarla zəngindir. Bundan əlavə, heyva C, B1, B6 vitaminləri, həmçinin dəmir, mis, kalium və maqnezium kimi mineralların mənbəyidir. Bu gün onu ənənəvi təbabətdə və kulinariyada geniş istifadə edirlər. Bu meyvə payız jemləri və şirələrinin başlıca ətirli inqridiyentidir.
Gəlin görək bu payız meyvəsinin sağlamlıq üçün faydası nədən ibarətdir və onu qida rasionuna necə əlavə etmək lazımdır.
Qida əhəmiyyəti Nutrition Data -nın məlumatına görə, heyvanın tərkibində aşağıdakı inqridiyentlər var:
-kalori - 57;
-karbohidratlar- 15, 3 q;
-sellüloza - 1, 9 q;
-yağlar - 0, 1q;
-zülallar - 0, 4 q;
-vitamin C - 15 mq (gündəlik normanın 25 %);
-dəmir - 0, 7 mq ( gündəlik normanın 4 %);
-maqnezium - 8, 0 mq ( gündəlik normanın 2 %);
-fosfor - 17, 0 mq (gündəlik normanın 2 %);
-kalium - 197, 0 mq ( gündəlik normanın 6 %);
-mis - 0, 1 mq ( gündəlik normanın 6 %).
Heyvanın qida əhəmiyyəti onun faydalı xüsusiyyətlərindən xəbər verir. Qida rasionuna əlavə etməklə, siz aşağıdakı üstünlüklərə nail olacaqsınız:
Həzm sistemi üçün Qədim zamanlarda ənənəvi təbabətdə heyvandan həzm sisteminin pozuntuları zamanı istifadə edirdilər. Məsələn, bu, ürəkbulanması üçün vasitə sayılırdı.
Müasir zamanda alimlər hamilə qadınlar üzərində araşdırmalar aparıb. İştirakçılar ürəkbulanmasını azaltmaq üçün bir xörək qaşığı heyva siropu qəbul edib. Nəticələr göstərib ki, heyva B6 vitamin əlavəsindən daha səmərəli təsir göstərib.
Bundan başqa, araşdırmalar göstərir ki, heyva siropu qastroezofageal reflyukslara və ya turşu reflyuksuna ( hıçqırmalar) kömək edir.
Heyvanın tərkibində sellüloza var ki, bu da bağırsağın sağlam mikroflorasına dəstək olur. Bu, iltihabı azaltmağa və həzm yolunu zərərli bakteriyalardan qorumağa imkan verir.
İmmunitet üçün Sellülozanın, C vitamininin və digər antioksidantların tərkibi alimlərə heyvanın insanın immun sisteminə müsbət təsir göstərməsini güman etməyə əsas verir.
Məsələn, C vitamini limfositlər və faqositlər hazırlayır, bu da orqanizmi infeksiyalardan mühafizə edir. Heyvadan həmçinin qripin aktiv dövründə bakteriyaların orqanizmə təsirini azaltmaq üçün istifadə etmək tövsiyə edilir.
Heyvanın tərkibində pektin maddəsi var və buna görə də radionukleoidlərlə çirklənmiş zonalarda yaşayan və ya zərərli istehsalatda işləyən insanlara heyvadan istifadə etmək tövsiyə edilir. Çünki pektin maddəsi radionukleoidləri orqanizmdən çıxarmaq xüsusiyyətinə malikdir.
Heyvanın tərkibində kalium da var ki, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
İstifadə riskləri Heyvaya qarşı allergiya nadir hallarda olur. Əksinə, alimlər güman edir ki, heyva allergiya əlamətlərini yüngülləşdirir, allergiya yaradan immun hüceyrələrinin aktıvliyinin qarşısını alır.
Təzə heyvanın toxumları sağlamlıq üçün təhlükə törədə bilər ( tərkibində amiqdalin maddəsi olduğuna görə), ona görə də meyvəni toxumlardan təmizləyib yemək lazımdır.
Həmçinin kolit və qəbizliyi olanlar çiy meyvədən ehtiyatl istifadə etməlidir. Heyvanın tərkibində çoxlu miqdarda pektinin və aşılayıcı maddələrin olması bağırsaq spazmı yarada bilər.
Rasiona necə əlavə etməli Maksimal fayda əldə etmək üçün meyvəni adi çiy formada yemək lazımdır. Lakin heyva az şirəli, büzüşdürücü və azca turş olduğundan heç də hamıya xoş gəlmir. Ona görə də heyvanı bir çox hallarda termiki işlənmədən sonra istifadə edirlər. Məsələn, heyvadan marmelad, jem və mürəbbə hazırlayır, zəncəfil və darçın kimi ədviyyat əlavə edirlər.
Həmçinin bu ətirli meyvə salatlara, şirələrə, çaya, piroqa və digər desertlərə əlavə edilir.
Tarix: 16-01-2022, 21:29