Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
İtaliyada "əsrin hərracı" adlanan hərracda təxminən yarım milyard avroya villa satışa çıxarılmışdı. Evi bu qədər dəyərli edən isə Caravaggio, Michelangelo və Guercino kimi rəssamların əsərlərinin olmasıdır.
Bizimyol.info xəbər verir ki, bu hərraca bir çox məşhurların o sıradan Bill Qeyts və Bruney Sultanının da qatılacağı gözlənildi.
Romada 16-cı əsrdə tikilmiş "Villa Aurora" 471 milyon avro dəyərində qiymətləndirilmişdi. Hərracın minimum açılış qiymətinin 353 milyon avro olacağı müəyyən edilmildi. İtaliya mətbuatının yazdığına görə, “Villa Aurora”nın satışı tamamlanarsa, bu, dünyanın ən bahalı evlərindən biri olacaqdı.
Evin dəyərinin çoxu Caravaggio tərəfindən işlənmiş tavan rəsmindən gəlir. Caravaggio tərəfindən 1597-ci ildə çəkilmiş divar rəsmi 310 milyon avro dəyərində qiymətləndirilir. Roma tanrıları Yupiter, Neptun və Plutonun təsvir olunduğu əsər Karavaggio tərəfindən tanınan yeganə divar rəsmidir.
Bundan əlavə villa bir vaxtlar Qədim Roma lideri olan Yuli Sezara məxsus torpaqda yerləşir. Onun bağçasındakı çoxsaylı heykəllərdən birinin Mikelanceloya aid olduğu təxmin edilir. Evdə barok rəssamı Guercino tərəfindən də freskalar var. Villa adını Guercino tərəfindən Aurora ilahəsinin freskasından götürür.
Villada Vatikandakı Müqəddəs Pyotr Bazilikasının fasadını tərtib edən memar Karlo Madernoya məxsus pilləkənlər də var. “Villa Aurora”nın məşhur qonaqlarının siyahısı Qalileo Qalileydən Höteyə, Çaykovskidən Madonnaya qədər uzanır.
Villa Aurora, Roma, İtaliya
Onuda qeyd edək ki, aristokratiyadan gələn Ludovisi ailəsinə məxsus villa vərəsəlik mübahisəsinə görə hərraca çıxarılıb. 2018-ci ildə villanın son sahibi “Şahzadə” Nikolo Bonkompaqni Ludovisi dünyasını dəyişdikdən sonra onun birinci evliliyindən olan övladları ilə üçüncü və sonuncu həyat yoldaşı Rita Bonkompaqni Ludovisi arasında yaranan mübahisə məhkəmə yolu ilə həll olunub. Tərəflər razılığa gələ bilməyəndən sonra məhkəmə villanın satışa çıxarılmasına qərar verib.
Villanın tarixi-bədii dəyərinə görə satılmasının əleyhinə çıxanlar və onu dövlətin almasını tələb edənlər də var. Bu tələblə internetdə başladılan petisiyaya indiyədək 38 mindən çox insan dəstək verib.
Hərrac keçirilib. Lakin nəticə gözlənilən kimi olmayıb. Villaya heç kim bu qiymətə talib çıxmayıb. Villanın gələn ilin aprelində 20 faiz endirimlə yenidən hərraca çıxarılacağı gözlənilir.
Tarix: 19-01-2022, 12:35