İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı, general-mayor Həzi Aslanovun vəfatından 77 il keçir.
Hurriyyet.az xəbər verir ki, Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanıb. O, 23 saat sağ qalıb. Lakin Moskvaya müalicəyə aparılarkən yolda vəfat edib. Onun nəşi Azərbaycana, Bakıya gətirilib.
Şəhidlər Xiyabanında dəfn edilib.
AzTV general-mayor Həzi Aslanovun Azərbaycana gətirilməsi, vida mərasimi və dəfni ilə bağlı ilk dəfə arxiv görüntülərini yayıb. Həmin kadrları təqdim edirik: