Əli Amerika haqda yumoristik kitab yazdı...-FOTO

Əli Amerika haqda yumoristik kitab yazdı...-FOTO
Pakistan əsilli amerikalı yazıçı və siyasi şərhçi Vəcahət Əli özünün “Gəldiyiniz yerə qayıdın: və amerikalı olmaq üçün digər faydalı məsləhətlər” adlı xatirə kitabında ABŞ-da böyüyüb boya-başa çatması hekayəsini yumorla danışır. Kitab incə yumor və ironiya ilə doludur.
 
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
 
Əli Amerikanın müsəlmanlar, mühacirlər və müxtəlif irqlərdən olan insanlara münasibətlərinin problemli tarixini araşdırmaq üçün satiradan istifadə edir.
 
“İslamda hikmətin 40 yaşında gəldiyinə inanılır. Mənim vəziyyətimdə yuxarıdan aşağıya doğru heç bir hikmət görməsəm də, Amerika haqqında şərhim üçün şəxsi hekayəmin Troya atı kimi istifadə oluna biləcəyini düşündüm"- yazan Əli Berklidəki Kaliforniya Universitetində tələbə olarkən baş verən 11 sentyabr hücumlarından sonra qəfil siyasi oyanışını xatırlayır.
 
“11 sentyabr mənim tam siyasi oyanışım oldu. 20 yaşım var idi və birdən bütün müsəlman məsələləri üzrə ekspert,  hərəkət edən müsəlman "Vikipediya"sına çevrildim, 1,8 milyard insanın qlobal sözçüsü oldum”, - Əli belə deyir.
 
“İnsanlar unudurlar ki, o dövrdə müsəlman kimi görünən hər kəs dərhal hücuma məruz qalırdı. İlk nifrət cinayəti (11 sentyabr hadisəsindən sonra) Sınkx əsilli Balbir Sinqxa qarşı oldu. Amerikada elə dəhşətli vaxt idi ki, bu ölkədə doğulub böyüyən hicablı qadınlar evlərini tərk etməkdən qorxurdular”, - deyə  müsəlman yazıçı vurğulayır.

Tarix: 28-01-2022, 08:48
Xəbəri paylaş





Xəbər lenti