"Mişustini öldürməsələr, o, Rusiyanın prezidenti olacaq, çünki Putinin 18 ayı qalır..." - VİDEO


Tarix və Tanrı Vladimir Putinə bir il-il yarım zaman ayırıb...

 
Moderator.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Qordona müsahibəsində onun həmkarı, məşhur rus jurnalisti Andrey Karaulov bəyan edib.
 
Qordonun "Yəni Siz Putinə bir il-il yarım vaxt verirsiniz?" sualına Karaulov belə cavab verib: "Mən yox, tarix verib. Tarix və Tanrı. Vəssalam. Amma onda alınmadı. Vladimir Vladimroviç ağıllı adamların gözündə öz sonunun fürsətini qaçırıb".
 
Bir il- il yarım müddəti Karaulov Rusiyada baş verə biləcək hakimiyyət dəyişikliyinin əhatə edəcəyi zaman kəsiyini nəzərdə tutub.
 
Bu zaman Qordonun həmsöhbəti bəyan edib ki, Putin Rusiyanın baş nazir Mixail Mişustini ölkə prezidenti postunda öz varisini görmür.
 
"O, indiyədək Mişustini qəti şəkildə öz varisini görmür. Lakin əgər Mişustini bir ilə-il yarıma öldürməsələr, o, Rusiyanın  prezidenti olacaq. Əgər onlar insanlarla dil tapsalar. Çünki insanlar üsyan edə bilər. Qazaxıstan göstərdi ki, bu, necə olur. Və heç bir süngü...
 
Əgər indi bizdə də başlasa, qazax və ya erməni qoşunları, görünür, həmin modellə ölkəmizə daxil olacaq. Amma heç nə alınmayacaq", - Karaulov bəyan edib.

 


Tarix: 29-01-2022, 10:04
Xəbəri paylaş





Xəbər lenti