Baş nazir özünü Ukraynanın agenti kimi aparır - Prezident
Xorvatiyanın baş naziri (Andrej Plenkoviç – red.) özünü “Ukraynanın agenti” və “piyada”sı kimi aparır.
Axar.az xəbər verir ki, bunu Xorvatiya Prezidenti Zoran Milanoviç deyib.
“O özünü ukraynalı agent kimi aparır. Mən isə Xorvatiyanın prezidenti kimi. Bu, böyük fərqdir. Orada heç vaxt işgüzar səfərdə olmamışam, Rusiya səfiri ilə qəhvə içməmişəm”, - Milanoviç deyib.
Milanoviç Ukraynanın dünyanın ən korrupsiyalı ölkəsi olması və onun NATO-da yerinin olmadığı barədə fikrini dəyişmədiyni, eyni zamanda, Ukraynanın termonüvə ölkəsi ilə qarşıdurmaya girməməli olduğunu vurğulayıb.
Xorvatiya prezidenti eyni zamanda bildirib ki, Avropa Birliyi Ukraynaya münasibətdə məsuliyyətsizlik edir.
Tarix: 30-01-2022, 13:31