30 il əvvəl Boris Yeltsin ad günündə Corc Buşla birlikdə “Soyuq müharibənin başa çatması haqqında Bəyannamə” imzaladı.Boris Yeltsin və Corc Buş “Soyuq müharibənin başa çatması haqqında” Bəyannaməni imzaladıqları qələmləri bir-birlərinə dəyişdirdilər. Kənardan prezidentlər bərabər görünürdü. Amma hamı başa düşürdü ki, Rusiya həmin müharibədə təslim olub və ABŞ qalib gəlib.
Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulis “Komsomolskaya pravda”ya müsahibəsində bəzi məqamlara toxunub.
Cebhe.info müsahibəni təqdim edir.
- Gennadi Eduardoviç, Yeltsin Amerikaya məhz fevralın 1-də - ad günündə kiçik Buşla “soyuq müharibə”nin başa çatması ilə bağlı sənəd imzalamaq üçün getdi?- Qəsdən yox, sadəcə belə təsadüf etdi. Çünki “soyuq müharibə” faktiki olaraq hələ 1991-ci ilin dekabrında, SSRİ-nin ləğvi haqqında “Belovejskaya sazişi”nin imzalanması, Belarus, Ukrayna və Qazaxıstanın nüvə arsenallarını Rusiyaya verməsi ilə bağlı razılaşmadan sonra başa çatmışdı. Yeltsinin Buşla bəyannaməsinin imzalanması sadəcə nəcib bir ritual idi.
- Amma belə çıxır ki, Yeltsin Sovet İttifaqının ABŞ-a təslim olmasına imza atıb...- Bu mənada bir qədər kədərimiz, narahatlığımız var idi. Çünki biz “soyuq müharibə”nin bizim ümumi qələbəmizlə başa çatmasından çıxış edirdik. Həm ABŞ, həm Rusiya, həm də bütün müasir qlobal dünya üçün...
Buş isə bəyannaməni imzalayandan sonra yüksək tribunalardan elan etdi ki, sanki böyük Amerika monstr kimi SSRİ-ni “soyuq müharibə”də məğlub edib.
- Yəni amerikalılar bizi belə aşağılamaqdan utanmadılar? Biz inciyəcəyimizdən qorxmadılarmı?- Biz öz tarixi yerimizi, rolumuzu bilirdik. Həmin Buş altı ay əvvəl, 1991-ci ilin iyununda Ukrayna Ali Radasında çıxış edərkən ifadələrində utanmadan demişdi:
“Qorbaçova qarışmağa cəsarət etməyin, o, hər şeyi bilir, başa düşür, düzgün edir!” Yəni ki, ukraynalılar, bu totalitar maşından qaçmağa cəsarət etməyin. Hansı ki, nəinki sürüşürdü, həm də artıq dağılırdı.
Ancaq 1992-ci ilin fevralında Buş artıq özünü Sovet İttifaqı üzərində qalib elan etdi.
- Amerikalılar bəyannamədə qalib olduqlarını yazmağa hazırlaşmırdılar ki? Sənəd nə qədər müddətə razılaşdırılmışdı?- Yox, mətndə heç bir belə söz olmayıb, çox sadə və yığcam mətndir. Biz orada kimin kimə qalib gəldiyini müzakirə etmədik, çünki tamamilə aydın idi ki, “soyuq müharibə”nin mahiyyəti qalibi nəzərdə tutmur.
- Bir halda ki,onu imzalamağa qərar verilmişdi, Qorbaçovun səhvini düzəltmək üçün imkan var idimi? Yəni bunun müqabilində NATO-nun Şərqi Avropaya girməyəcəyinə zəmanət tələb etmək olardı?- 1991-ci il dekabrın 12-də mən Brüsseldə və Parisdə oldum. Fransa Prezidenti Mitteran və NATO-nun baş katibi Vernerlə görüşdüm.
NATO-nun baş katibinə dedim ki, biz yeni Rusiyanın NATO-ya daxil olması məsələsini çox ciddi şəkildə nəzərdən keçiririk. O, pauza verdi. Sonra da
“Yaxşı, cənab dövlət katibi, siz belə böyük ölkəsiniz...” ,-dedi. Yəni tələsməyin, bu barədə dərhal qərar vermək bizim üçün çətin olacaq.
- Rusiyanın NATO-ya daxil olması ilə bağlı belə danışıqların aparılmasını sizə Yeltsin tapşırmışdı?- Mənə xüsusi tapşırıq lazım deyildi, mən dövlətin ikinci adamı idim. Mənim bütün hərəkətlərim bu və ya digər şəkildə Yeltsinlə müzakirə olunub, razılaşdırılırdı.
Tərcümə etdi:Elnarə Kərimova
Tarix: 6-02-2022, 14:54