Türkmənistanda minilliyin absurdu: Berdıməhəmmədovdan heyrətamiz qərar - Foto


Türkmənistanda minilliyin absurdu: Berdıməhəmmədovdan heyrətamiz qərar - FotoQurbanqulu Berdımuhəmmədov

Türkmənistanda itlərin Alabay növü Qurbanqulu Berdıməhəmməovun hakimiyyəti dövründə çox populyarlaşıb. Prezidentin iti məhz bu növə aiddir. Berdıməhhəmədov sevimli heyvanına hətta heykəl də qoydurub.

Bizimyol.info xəbər verir ki, Türkmənistanəın dövlət başçısı indi itinin heykəlinin ətrafındakı evləri sökdürmək fikrinə düşüb. Berdıməhəmmədov belə qənaətə gəlibsə, planın həyata keçəcəyinə şübhə etməyə dəyməz. Həmin ərazidə çoxdan məskunlaşmış Aşqabad sakinlərinə xəbərdarlıq da olunub. İtin heykəlinin ətrafında heç bir ev qalmamalıdır.
Söküntü işlərinə martda başlanılacaq. Ən azı 300 ailə evini itirəcək. Onları qarşıdakı ilyarım-iki il ərzində mənzillə təmin etməyə söz veriblər. Bu müddətdə sakinlər ya kirayədə yaşamalı, ya da qohum evinə köçməlidirlər. Şəhər rəhbərliyi evləri söküləcək şəxslərə yaxşı mənzillər verəcəklərini deyir. Onların əvvəllər ayrıca şəhər olmuş, sonradan Aşqabadın tabeliyinə verilmiş Abadanda yaşayış yeri ilə təmin ediləcəyi bildirilib.
Berdıməhəmmədovun sevimli heykəlinin ətrafında hansı layihənin həyata keçiriləcəyi ilə bağlı məlumat verilmir. Amma xaricdə yaşayan türkmənlər sosial mediada mərmər binaların salınmaq planından yazır. Onlar çox təəssüflə qeyd edirlər ki, Berdıməhəmmədov ölkədə eksperiment həyata keçirməkdən zövq alır. Bunu xalqı ələ salmaq adlandırırlar.
Aşqabadda Berdıməhəmmədovun itinə qoyulmuş heykəl Aşqabadda Berdıməhəmmədovun itinə qoyulmuş heykəl
Qurbanqulu Bedıməhəmmədov 15 ildir Türkmənistana rəhbərlik edir. O, 2007-ci ilin fevralında prezident seçilmişdi. Berdıməhəmmədovun sələfi Saparmurat Niyazovun siyasi kursunu davam etdirdiyini demək olar. 65 yaşlı ölkə başçısı burada bütün müxalif fikirli şəxsləri sıradan çıxarmağa çalışıb. Berdıməhəmmədov, üstəlik, çoxunu təəccübləndirəcək, hətta gülməli sayılacaq qərarları ilə fərqlənib. Türkmənistanda avtomobillərin əksəriyyəti ağ rəngdədir. Çünki dövlət rəhbəri tünd rəngdə olan maşınları sevmir. Onun müşavirələrində hökumət nümayəndələri dayanmadan əl çalır və ya kitabçada nəsə qeyd edir. Berdıməhəmmədov bu yaxınlarda ölkə əhalisinə qara maska taxmağı da qadağan edib. Onun itinə heykəl qoydurması da gülüşə səbəb olmuşdu.
Tarix: 9-02-2022, 09:42
Xəbəri paylaş





Xəbər lenti