Rusiya dünyanın ən çox sanksiya tətbiq edilən ölkəsi oldu
Rusiya hazırda ən çox sanksiya tətbiq edilən ölkəyə çevrilib.
Bu baxımdan Rusiya hətta İran və Şimali Koreyanı da geridə qoyub. Rusiya 10 günə İranın 10 ildə üzləşdiyi qadağalardan daha çox sanksiya ilə qarşı-qarşıya qalıb.
Rusiyaya qarşı tətbiq olunan sanksiyaların sayı ümumilikdə 5356-ya çatıb. Təkcə 2022-ci ilin fevralın sonlarından etibarən Moskvaya qarşı 2778 sanksiya tətbiq olunub.
İkinci pillədəki İrana qarşı 3616, üçüncü yerdə qərarlaşan Suriyaya 2608, dördüncü yerdəki Şimali Koreyaya 2077, beşinci pillədəki Venesuelaya isə 651 sanksiya qüvvədədir.