"Odessada, Mariupolda, Volnovaxada hər partlayan bombadan qəlbim dağılır..."


 
 
Gürcüstanın sabiq prezidenti, Ukrayna islahatları icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili Ukrayna xalqına müraciət edib
 
Mən 20 ildir Ukraynada yaşayıram. Kiyev mənim daimi evimdir. Mən çox gənc ikən buraya gəlmişəm, burada şəxsiyyət kimi formalaşmışam, Zakarpatyedə qulluq etmişəm, universiteti bitirmişəm, müxtəlif vəzifələrdə çalışmışam, müxalifət liderlərindən biri olmuşam, yüzlərlə insanı korrupsiyaya qarşı nümayişlərə çıxarmışam.
 
Və günlərin birində yeni peyda olan monqol xanı bizə dedi ki, bizim evimiz daha bizim deyil və, ümuiyyətlə o, ölkəmizi ləğv edir, on milyonlarla insanı köləliyə və bütün dünyada sərgərdan olmağa düçar edir.
 
Mən indi Putinin əsirliyindəyəm, amma televizorum var, hər coğrafi ad mənim üçün boş bir şey deyil. Mən Odessanın yollarını salmışam, Mariupolun inkişafına kömək etmişəm, demək olar ki, hər həftə Xarkova gedirdim, gürcü könüllülərini Volnovaxaya gətirirdim, mənim dostlarım İrpendə və Buçada yaşayır, mən dəfələrlə Qostomel hava limanında olmuşam. Və
təkadamlıq kamerada hər partlayan bombaya görə ürəyim dağılır.
 
Həmvətənlər, mənim əzizlərim, mən ölkəmi 2008- ci ildə xilas etmişəm və dəqiq bilirəm ki, biz 2022- ci ildə də qalib gələcəyik!
Özünüzü qoruyun!
Ukraynaya eşq olsun!

Tarix: 8-03-2022, 16:42
Xəbəri paylaş





Xəbər lenti