Sanksiya altına düşən Peskov və ailəsinin dəbdəbəli həyatı heyrət doğurub
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və ailə üzvləri ABŞ Maliyyə Nazirliyinin sanksiyası altına düşüb.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dövlət məmurunun varidatı hətta ABŞ rəsmilərini belə təəccübləndirib.
Kremlin baş sözçüsünün Moskva və işğal altındakı Krımda bahalı mənzillərə sahib olduğu qeyd edilib. Bundan başqa, Dmitri Peskovun xanımı, füqurlu konkisürmə üzrə keçmiş olimpiya çempionu Tatyana Navkanın ABŞ-da 10 milyon dollarlıq daşınmaz əmlaka sahib olduğu ortaya çıxıb.
Dmitri Peskovun əvvəlki nikahdan doğulan oğlu Nikolay Peskovun sərəncamındakı şəxsi təyyarə, yaxtalar, qiyməti 100 min dollarlarıı aşan avtomobillərlə lüks həyat tərzi keçirdiyi sənəddə vurğulanıb. Hazırda onun Kremlin qara təbliğat maşını, “Russia Today” kanalında çalışdığı bildirilir.
Xatırladaq ki, sanksyalar RF prezidentinin yaxın dostu, sərvəti 6 milyard dollardan yuxarı olan Viktor Vekselberdən də yan keçməyib. Hazırda onun P4-MIS göyərtə nişanlı (Airbus A319-115) təyyarəsinin və “Tango” isimli yaxtasının saxlanıldığı qeyd olunur. Ümumən amerikalılar Vekselberqin hələ ki 180 milyon dollarlıq varidatına əl qoya biliblər.
Bundan başqa, Rusiyanın ən böyük ikinci bankı sayılan VTB-nin kilid isimləri sanksiya hədəfinə tuş gəlib. Bunların arasında Olqa Derqunova, Vadim Kulik, Valeri Lukyanenko, Anatoli Peçatnikov, Natalya Kortiks kimi bankın idarə heyətinin üzvləri yer alıb.
Tarix: 12-03-2022, 16:25