Putinin qızının villası aşkar edildi...-Ukrayna qaçqınlar yaşamağa dəvət olundu...-FOTO

Putinin qızının  villası aşkar edildi...-Ukrayna qaçqınlar yaşamağa dəvət olundu...-FOTO
Fransalı fəal Pyer Afner Vladimir Putinin qızı Katerina Tixonovanın Biarritzdəki villasına daxil olaraq evin kilidlərini dəyişib və Ukraynadan olan qaçqınları ora dəvət edib.
 
Siam.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə “The Insider” yazıb. Fransalı fəal Putinin qızının villasına daxil olub, kilidləri dəyişib və qaçqınları ora dəvət edib.
 
Əvvəllər villa Kirill Şamalov və Gennadi Timçenkoya məxsus olub.
 
Tixonovanın villasında 8 çarpayı və üç hamam var. Həmçinin evdə fəal binanın keçmiş sahiblərinin – Putinin keçmiş kürəkəni Kirill Şamalovun və Rusiya Federasiyası Prezidentinin dostu Gennadi Timçenkonun adına müxtəlif sənədlər tapıb.
 
Putinin Atlantika sahillərində daşınmaz əmlaka sərmayə qoyması barədə məlumatı hələ 1996-cı ildə siyasətçi Aleksandr Belyaev dərc etmişdi, söhbət Sankt-Peterburqdan oğurlanan pullardan gedirdi.
 
Putin bu ittihamları kəskin şəkildə rədd edib və o zaman mətbuatın yazdığı kimi, Atlantik okeanı sahillərinin harada olduğunu belə bilmədiyi iddia edib.

Tarix: 14-03-2022, 08:33
Xəbəri paylaş





Xəbər lenti