"Mən utanıram ki, rus insanını zombiləşdirmişəm"
"Birinci kanal"ın piketçi qadını özü haqda danışıb
İnternetdə bu axşam "Zaman" xəbərlər proqramının birbaşa efir vaxtında təkbaşına piket keçirən "Birinci kanal"ın əməkdaşı Mariya Ovsyannikovanın vudeomüraciəti yayılıb.
Aydındır ki, müraciət insidentdən əvvəl yazılıb. Görünür, bu videomüraciət insidentə sözardı kimi düşünülüb.
"Bu gün Ukraynada baş verənlər cinayətdir. Və Rusiya işğalçıdır. Bu təcavüzə görə məsuliyyət bir nəfəfin vicdanındadır. Bu adam Vladimir Putindir.
Mənim atam ukraynalı, anam rusdur. Onlar heç vaxt düşmən olmayıb. Mənim boynumdakı boyunbağı onun rəmzidir ki, Rusiya dərhal qardaş qırğınını dayandırmalıdır, - qadın belə deyib. - Bizim qardaş xalqlar hələ barışa bilər. Təəssüf ki, son illər mən Birinci kanalda işləmişəm və Kremlin təbliğatı ilə məşğul olmuşam. Və buna görə xəcalət çəkirəm. Ona görə ki, ekrandan yalan danışmışam. Ona görə xəcalət çəkirəm ki, rus insanlarını zombiləşdirmişəm.
Biz 2014- cü ildə susduq, bu hadisələr hələ yenicə başlayırdı. Kreml Navalnını zəhərləyəndə də mitinqlərə çıxmadıq. Biz lal-dinməz bu antiinsani rejimin törətdiklərini müşahidə edirdik. Bu gün bütün dünya bizdən üz döndərib. Bundan sonra gələcək on nəsil də bu qardaş qırğınının rüsvayçılığından qurtula bilməyəcək. Biz düşünən və ağıllı rus insanlarıyıq, yalnız biz bu ağılsızlığa son qoya bilərik. Mitinqlərə çıxın, heç nədən qorxmayın. Onlar hamını tuta bilməzlər".
Tarix: 15-03-2022, 08:46