İlon Maskın Putini təkbətək döyüşə çağırmasına Kadırov cavab verdi
Xəbər verdiyimiz kimi, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə görə təkbətək döyüşə çağırıb.“Qafqazinfo”nun məlumatına görə, İlon Maskın çağırışına Çeçenistan rəhbəri Ramzan Kadırov münasibət bildirib və Putini müdafiə edib.
Kadırov İlon Maskı “Maska İlona” adlandırıb və Putinlə görüşə hazırlaşmaq üçün Çeçenistanda xüsusi təlimlər keçməyi təklif edib:
“Çox fərqli çəki dərəcələri var. Rinqin bir tərəfində biznesmen, digər tərəfində isə dünya siyasətçisi, strateq, Qərbin və ABŞ-ın tufanı. Maskın nəvazişkar İlonadan qəddar İlonaya çevrilməsi üçün “nasos” lazımdır. O, bununla bağlı Çeçenistanın bir neçə mərkəzində təlim keçməlidir”.
İlon Maskın cavabı isə çox gecikməyib:
“Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə həddən artıq üstünlük verərdi. Əgər o (Putin) döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə etməyə hazıram, hətta solaxay da deyiləm”.
Maraqlıdır ki, İlon Mask istehza ilə Tvitterdə adını da dəyişərək “Elona Musk” qoyub.
Çeçenistan rəhbəri isə buna münasibət bildirərək, Maskın onun istəklərini dinləməsinə sevindiyini yazıb:
“Belə daha yaxşı olar. Biz həm də loqinin adını İlona Maska olaraq dəyişdirməliyik”.
Tarix: 16-03-2022, 07:44