Rus kosmonavtlar Ukrayna bayrağının rənglərində geyimdə kosmosa çıxdılar - Video


Rus kosmonavtlar Ukrayna bayrağının rənglərində geyimdə kosmosa çıxdılar

Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilən üç rus kosmonavt Ukrayna bayrağının rəngləri olan kombinezon geyinib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kosmonavtlar geyimləri öz istəkləri ilə seçiblər.
“Roskosmos”un kosmonavtları Denis Matveyev, Sergey Korsakov və Oleq Artemyev dünən Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz MS-21” gəmisi ilə kosmosa çıxıblar.

Tarix: 19-03-2022, 21:11
Xəbəri paylaş





Xəbər lenti