Azərbaycanda kriminal aləm necə yarandı?


Hüquqşünas Şamil Paşayevin “Azərbaycanda kriminal aləm necə yaranıb?” adlı yazısını təqdim edirik.
 
I hissə
 
Sosial şəbəkələrdə gənclərin özlərini “lotu”, “avtoritet” kimi adlarla kriminal aləmdə tanınmış adamlara bənzətmələrinin tez-tez şahidi oluruq. “Yaxşı oğlanlar” çox vaxt mənasını bilmədikləri “AУЕ”, “jizn voram”, “voravskoy” kimi sözlərdən istifadə edib, başqalarına hədə qorxu-gəlirlər, “söhbət xırdalamağa hazır olmaları” barədə işarə verirlər. Aralarında bir xeyli azyaşlı da var...
 
Ümumiyyətlə, “kriminal aləm” nə deməkdir? Bu aləmin adamları kimlərdir? “Kriminal aləm” nə vaxtdan yaranıb?
 
Müasir “kriminal aləm”, “oğru dünyası”nın yaranması şəhər mədəniyyətinin məhsuludur, kənd və aqrar toplumdan nisbətən daha uzaq idi. Kənd mühitində insanlar biri-birini tanıyır, hər kəs münasibətlərini aydın ifadə edirdi. Sözsüz ki, bu həmin mühitdə cinayətin olmaması anlamına gəlmir.
 
Onda da cinayət də, cinayətkar da var idi, amma təşkilatlanmış və mövcud qaydalara paralel öz qanunlarını diqtə edən, bütün cinayətkarla əlaqəli şəkildə fəaliyyət göstərən cinayət aləmi yox idi.
 
Məsələn, müasir dövrdə, Yakutiyadakı “qanuni oğru”nu Azərbaycandakı “qanuni oğru” ilə təxminən eyni ideyalar birləşdirir. Bu lokal cinayətlərdən lokal cinayətkarlıqdan fərqli xüsusatdır. Amma neft bumundan qabaqkı Azərbaycanda bir mahalda cinayət edən, kriminal düşüncə daşıyıcısını o biri mahalda kimsə tanımırdı. Hər mahalın öz “kriminalı” vardı və onlar eyni məqsədə xidmət etmirdilər.
 
Lotular kimdir? - Bildirchin.az
 
Azərbaycanda təşkilatlanmış kriminal aləm neft bumundan sonra yaranmağa başladı. Qafqazda ilk olaraq kriminal aləm Tiflisdə yaranıb. Çünki həmin dönəmdə Qafqazın mərkəzi Tiflis idi, şəhər mədəniyyəti Tiflisdə formalaşmışdı.
 
Tiflisdə yaranan kriminal dəstələr Bakıya gəlir, Bakıda neft bumundan sonra varlanan adamları oğurlayır, müxtəlif cinayətlər həyata keçirirdilər. Hətta çox imkanlı milyonçular da oğurlanmışdı.
 
Bu, yerli çar hökumətini də, neft bumundan sonra varlanmış milyonçuları da narahat etməyə başladı. Buna görə də kənardan gələn “kriminal aləm” nümayəndələri ilə “döyüş üçün” süni şəkildə kriminal və kriminala yaxın adamlar yetişdirilməyə başlandı. Bu yaranacaq kriminal aləmin niyyəti maddi nemətlər əldə etmək, klassik mafiya və kriminal dünya qaydalarından fərqli olaraq hücum yox, müdafiə xarakterli idi.
 
Yerli şəhər idarəçiləri Azərbaycanın milyonçuları ilə birlikdə məşvərət keçirir və təklif edirlər ki, Bakıya gürcü oğrularla mübarizə üçün kazak atamanlarından dəvət etsinlər və onlardan “yerli kriminal” yaratsınlar. Atamanlar milyonçuları və dövlət aparatı işçilərini “gürcü oğruların”dan qoruyacaqdılar.
 
O vaxt Bakı neftin ətrafında böyüyən çoxmillətli şəhər idi. “Gürcü oğrular” həm ruslara, həm gürcülərə, həm də şəhərdəki yəhudilərə hücum edirdilər. İmkanlı adamları Bakıdan oğurlayıb aparır və saxlayır, böyük pullar tələb edirdilər. Kriminal aləmin Azərbaycanda başqa şəhərdə deyil, Bakıda yaranması neft bumu və şəhərləşmənin nəticəsi idi.
 
Bakı milyonçuları şəhər rəhbərliyinin “kazak atamanları” dəvət etmək təklifinə qarşı çıxırlar. Onlar “gürcülərdən” sonra “kazakların” təhdidi altında qalmaqdan qorxurdular. Ona görə də şəhərdəki boylu-buxunlu, güclü və davakar gəncləri özlərinə mühafizəçi götürürlər, bu mühafizəçilərə isə şəhərdə külli-ixtiyar verirdilər. İxtiyar sahibi olan mühafizəçilər isə bir növ həm dövlətdən “qanuni əsas”, həm də milyonçulardan maddi güc alırdılar.
 
Qoçuluq — Vikipediya
 
“Qoçular” adlanan bu şəxslər xüsusi geyimdə olurdular. Onlar qeyri-rəsmi haqq-hesab çəkən, “söhbət həll edən” şəxslər idilər. Dahi Üzeyir Hacıbəyli özünün “Arşın mal alan” əsərində qoçuların prototipi olaraq “Qoçu Əsgər” obrazını yaradıb.
 
Qoçular Bakıda ilk kriminal aləmi formalaşdırırlar, “gürcü oğrularını” da Bakıdan uzaqlaşdıra bilirlər. Bu cür yaranan “kriminal aləm” daha çox pul əldə etdikdən sonra müstəqilliyə can atır, fərqli qaydalar gətirmə təşəbbüsləri olurdu.
 
İlk kriminal düşüncə gürcü oğrularını qovmağa yönəldiyindən istər-istəməz milli düşüncəyə yaxınlıq var idi. Qoçuların ermənilərin qırğınlarından əhalini qorumaqda da fəal rolu olduğunu unutmamaq lazımdır. Çünki yerli əhalinin arasında yalnız qoçuların silahı var idi.
 
Kriminal aləmin hər zaman ən mənfi hadisələrlə adı hallansa da, bəzi hallarda onların da inkişafa, düşüncəyə bəzən isə millətlərin sağ qalmasında rolları olur. (Dünyada da bunun çeşidli örnəkləri var, alban, serb mafiyaları və s).
 
Qoçuluq çox geniş alanda bəzi məsələlərdə tormozlayıcı effekt versə də (teatrda qadın rollarının oynanılması, qızların oğlanlarla eyni məktəbə getməsinə narazılıqları və s), ermənilərin törətdiyi qırğınlarda düşmənə qarşı fəal iştirakları, gürcü oğrularının Bakıdan qovulmasında xidmətləri danılmazdır.
 
II hissə
 
Azərbaycanda kriminal aləmin “çiçəklənməsi” isə Stalinin dövrünə təsadüf edir. Azərbaycan SSRİ-nin bir parçası idi, sovet dönəmində cərəyan edən proseslər hər sahədə olduğu kimi burdan da yan keçməmişdi. Çox adam ucsuz-bucaqsız sovet ölkəsində repressiya siyasətinin qurbanı olmuşdu. Həbsə atılanların sayı-hesabı yox idi, həbsxanaları idarə etmək çətinləşmişdi. “Marksist-leninist” düşüncə ilə formalaşmış Sovet rəhbərliyi bunu edə bilmirdi.
 
Oğru dünyası" necə idarə olunur?
 
Sol yanaşmadan sapmadan onun qaydalarına uyğun türmələri və qara dünyanı idarə edəcək qüvvəyə ehtiyac var idi. Stalin bu məqsədlə türmələri qeyri-rəsmi idarə edən kriminal dünyanın təşəkkülündə maraqlı idi.
 
Kriminal aləmi Stalin yaratmadı, amma onun həbsxanalarda xüsusi idarəetmə qurmasına çox geniş təkan verdi. “Türmə qaydalar”ında bolşevik yanaşmasını xeyli artırdı və inkişaf etdirdi. Sovet dövləti kimi qapalı, hər bir şeyi nəzarətində saxlayan, xüsusi xidmət orqanlarının müstəsna olaraq hər sahədə işlədiyi dövlətdə kriminalın sərbəst olması mümkün deyildi.
 
Kriminal aləmə türmələrdə verilən müstəqillik razılaşdırılmış və iznli (icazəli) idi. İdarə olunacaq kütlə “biət” etdiyi böyük qardaşın əslində kiməsə hesabatlı olduğunu duymur və bilmirdi. Bir çox hallarda böyük qardaşlar özləri də kiməsə xidmət etdiklərini billmirdilər, amma qoyulmuş qaydalar çərçivəsində onların idarəçiliyinə yaradılan şəraitlə sovet düşçüncə tərzinin türmədə də öz diqtəsini etməsinə xidmət göstərirdilər.
 
Kriminal qruplar arasında xəyali ideyaya xidmət edən və etmək istəyən adamların olması da mümkün idi. Amma müstəqillik cəhdlərini kriminal dünyanı yaradan qüvvələr heç zaman bağışlamırdı. Kriminal aləmdə bu qədər çox adam ölməsi, iyerarxiyanın başında olan şəxslərin çox tez-tez qətlə yetirilmələri həmin müstəqillik, sərbəstlik, öz fikrini diqtə etməyə görə də baş verir.
 
“İznli” müstəqilliyi real müstəqilliyə çevirmək istəyən kriminal dünya insanının həyatı bahasına başa gəlir. Həmin kriminal avroritetləri isə bir çox hallarda iznli müstəqilliyə razı olan şəxslər tərəfindən qətlə yetirilirlər və ya qətlərinin sifarişi verilir. (təbii ki, bu qətllər sırasında şəxsi münaqişə, nəzərət obyektləri, pul və s səbəblər də olur)
 
Azərbaycanlı kriminal avtoritetlər arasında MÜHARİBƏ YENİDƏN BAŞLADI -  Günün Səsi
 
III hissə
 
XX əsrin ortalarında və sonlarına qədər də SSRİ, eyni zamanda Azərbaycanda kriminal aləm daha çox sol cərəyana, sosializmə yaxın idi. Düşüncə konkret idi: “varlıdan alıb kasıba vermək”, “ bütün varlılar pisdi”, “kasıb mərd olar” və s. Bu da ölkəyə hakim kəsilən bolşevik düşüncəsinin kriminala da yansıması idi.
 
Sovet imperiyası bütün milyonçuların mülklərini dövlət olaraq alıb, kolxoz və sovxoz mülkiyyətinə çevirirdisə, kriminal aləm də eynilə “varlıdan alıb kasıba vermək” düşüncəsi hakim idi.
 
Bəsit həqiqətdir ki, kapitalizmdə bütün varlılar pis, bütün kasıblar da yaxşı hesab edilmir. Ümumən adamların yalnız varlı və ya kasıb olmasına görə yaxşı və ya pis olmasını düşünmək absurddur. Sovet düşüncə sisteminə hakim olan bu absurdluq eynilə kriminalda da özünə yer etmişdi.
 
Əvvəllər kriminal aləmin adamları daha çox kasıb həyatı yaşayırdılarsa, SSRİ dağıldıqdan sonra kriminal aləmdə böyük nüfuz sahibləri sürətlə varlanmağa, sahibkarlara çevrilməyə başladılar. Kriminalda təkcə qaydalar yox, eyni zamanda külli miqdarda pullar dövr etməyə başladı. Ərazinin, bölgənin ən varlı adamlarından birinə çevrildilər. Bu da kriminal dünyaya baxış açısından zamanın fəqrləridir.
 
Bizdə olan kriminal aləmlə Yaponiya, İtaliyada olan mafiyaların arasında ciddi uzaqlıq var. Kriminal aləm yarananda, inkişaf edəndə, bəzən idarəetməyə, bəzən milli istiqlala da söykənə bilir. Amma SSRİ dönəmində və sonra da Azərbaycanda kriminal heç bir zaman idarəetmə əleyhinə olmayıb.
 
The Traitor: Italian Master's Fact-Based Mafia Drama Visually Rich but  Narratively Middling — Original Cin
 
IV hissə
 
Bakı qoçuları ilə Sovet dönəmi lotularının fərqi də ikincilərin “beynəlmiləl” olmasında idi. Əgər qoçular ermənilərin törətdiyi qırğınlarda xalqı qoruyub, adət-ənənə, dini baxışın himayəçisi kimi çıxış edirdilərsə, sovet lotuları üçün “yaxşı oğlanın millətinin fərqi yox idi”. Çünki belə yanaşma olması idi, bütün millətlərdən məhbusun olduğu türmələrdə idarəetmə qurmaq mümkün olmazdı. Türmələr milli-etnik davaların mərkəzinə çevrilə bilərdi ki, bu da sovet idarəçilərinə heç bir halda sərf etmirdi.
 
İkinci məsələ: Bakı qoçuları qan töksələr də, dindar idilər. Sovet kriminalında bir dönəm ateist düşüncə hakim kəsilmişdi. Çünki bu kriminalı süni olaraq ateist sovet dövləti yaratmışdı. Yeri gəlmişkən, Azərbaycan kriminalı hazırda da rus mafiyasının çatısı altındadır, kriminal avtoritetlər ümumi MDB məkanında taclandırılırlar.
 
 
MDB kriminalda isə sol ünsürləri hələ də qalmaqdadır, əsas fərqi indi kriminal iştirakçılarının böyük biznes adamlarına çevrilməsinin müşahidə edilməsidir. Onların da düşüncəsi sola meyillidir.
 
Qanuni oğrular və “oğru qanunları” - ARAŞDIRMA - Bildirchin.az
 
Məsələn, qardaş Türkiyədə hələ Osmanlı zamanında kabadayılar İstanbul ingilis işğalında olanda ordu üçün silah daşımacılığında iştirak edirdi. İndi də Türkiyədə qaranlıq dünyanın daha çox milli düşüncəyə xidmət etdiyinin şahidi oluruq.
 
ASALA terror təşkilatın məhvində MİT-lə (Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi – red.) yanaşı, türk mafiyalarının da az əməyi olmayıb. Eyni zamanda PKK ilə savaşda yeraltı dünyası və onun ideya daşıyıcıları böyük uğurlar əldə ediblər.
 
Türk mafiya və yeraltı dünyası XX əsrin II yarısı üçün ölkə ərazisində kommunizmin yayılmaması üçün geniş tədbirlər görüb, ölkənin milli kimliyini qorumağa çalışıb, millətçi siyasi qruplardan böyük dəstək alırdılar. Təbii ki, bu kampaniyaya Qərb də böyük dəstək verirdi.
 
Yaponiyada da yapon mafiyası kommunizmlə mübarizə aparırdı. Onlar da Yapon yakudzaları adlanan millətçilərdən dəstək alırdılar. Hətta zaman keçdikcə partiya funksionerləri mafiyanın əlində oyuncağa da çevrilirdi. Yakudzalar yapon milli ənənələrinə sayğılı olmaq, yapon milli kimliyi daşımalıdırlar. Bunun səbəbi kimi yapon yakudzalarının özlərini Samurayların varisi saymalarıdır. Samuraylar yapon dövlətinin qarantı və qoruyucusu olduqlarına görə yakudzalar da eyni görəvi daşıyıblar. Yaponiyanın müstəmləkə olmaması və sömürgə dönəmində də yapon kimliyinin qaytarılması üçün xeyli işlər görməsi sirr deyil. XX əsrdə uzaq şərqdə sol və kommunist hərəkətliliyinə qarşı qətiyyətli mübarizə apardılar. Təbii ki, bu da Qərb tərəfindən dəstəklənirdi.
 
Başqa örnəklər də var. Kolumbiya, Meksika, İtaliyadakı yeraltı dünya adamları. Onlar daha çox pul qazanmaq istəyirlər.
 
Dünyada mafiyalararası sövdələşmələr, mübarizələr var. Lakin Azərbaycan kriminalı burada müstəqil ünsür kimi çıxış edə bilmir, MDB məktəbinə aid olduğuna görə rus mafiyasının tərkib elementi kimi tanınır. Yalnız son dönəmlərdə türk yeraltı dünyası ilə sıx münasibətlərin görülməsinə rast gəlmək olur.
 
Kulis.az
Tarix: 20-03-2022, 20:54
Xəbəri paylaş





Xəbər lenti