“Traktoru 280 km/saat sürətlə sürmüşəm”
Belarus Prezidenti Aleksandr Lukaşenko onun üçün qorxu ilə nəticələnən ilk traktor sürmək təcrübəsindən danışıb. Lukaşenko bu haqda jurnalistlərlə söhbətində bildirib.
Belarus lideri etiraf edib ki, bir dəfə MTZ-50 traktoru ilə dairəvi yolda saatda 280 kilometr sürətlə hərəkət edib.
Lukaşenkonun sözlərinə görə, o, avtomobilin təyyarə kimi havaya qalxa biləcəyindən qorxurdu.
Qeyd edək ki, Lukaşenkonun bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər traktorun bu sürətlə hərəkət edə biləcəyinə inanmayıblar və dövlət başçısının məsələni böyütdüyünü bildiriblər.
Qafqazinfo
Tarix: 17-11-2022, 23:41