Parisdə qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI
Fransa ermənipərəst siyasətinə görə haqlı olaraq tənqid olunur. Amma bu ölkədə hər şey siyasəti kimi eybəcər deyil. Təkcə Paris şəhərinin gözəlliyini qeyd etməklə kifayətlənmək olar. Bəs orada qiymətlər necədir?KONKRET.az xəbər verir ki, yerli kafelərdəki normal qiymət 26 manatdır. Turistlər üçün restoranda qidalanmaq isə 50-yə başa gəlir. Orta “BigMac” 13.70, kapuçino 6.20 AZN-ə satılır. Oktyabr ayında yenilənmiş qiymətlər belədir:
0.5 litr su 0.95 AZN
0.5 litr yerli pivə 3.30 AZN
0.5 litr xarici pivə 4.60 AZN
1 şüşə şərab 8.25 AZN
0.5 litr Coca-Cola 2.20 AZN
1 litr süd 1.90 AZN
1 kq düyü 3.65 AZN
1 kq pomidor 4.50 AZN
0.5 kq çörək 2.68 AZN
1kq banan 3.94 AZN
1 kq apelsin 5.20 AZN
1kq alma 4.37 AZN
1 kq kartof 3.90 AZN
1 kq donuz əti 21.60 AZN
1 kq toyuq əti 18.37 AZN
1 kq pendir 25.80 AZN
10 ədəd yumurta 4.15 AZN
50 qr Snichers 1.15 AZN
Hosteldə 2 nəfərlik yer 73 AZN
3-4 ulduzlu oteldə 2 nəfərlik otaq 120 AZN
Sutkalıq mənzil arendası 87 AZN
Aylıq mənzil kirayəsi 1342 AZN
Kommunal xərclər 200 AZN
Aylıq internet 64 AZN
İctimai nəqliyyat 1.74 AZN
Taksi 25 AZN
Noyabra olan yanacaq qiymətləri:
95 markalı benzinin litri 2.98 AZN
98 markalı benzinin litri 3.03 AZN
Dizelin litri 3.23 AZN
Fransada minimum əməkhaqqı 2885 manatdır. İş saatlarına görə hesablanan sahələrdə isə əməyin 60 dəqiqəsinə görə 19 AZN ödənməlidir. Bu da 8 saata 152, bir aya isə 4560 manat edir.
Tarix: 23-11-2022, 21:45