Vasif Talıbova həsr olunmuş bir mədhiyədən doğan Həbibbəylilər imperiyası: “İmperator” Nezir Turan kimdir?

 
Qara Pişik” kod adlı mənbəmiz bizə maraqlı foto-şəkil təqdim edib və şəkildə yer alan şəxslərin kimliyinə aydınlıq gətirib
 
Mənbəmizin iddiasına görə, səkildə 2 əsas həlledici fiqur var. Bunlardan biri İsa Həbibbəylinin biznesmen qardaşı Həbib Həbibbəyli, digəri isə Türkiyəli iş adamı Nezir Turandır. Əslən Iğdırdan olan Nezir Turan təkcə Həbibin deyil, ümumiyyətlə Həbibbəyli qardaşlarının ümumi biznes ortağı sayılır. Bəli, səhv başa düşmədiniz, İsa, Əli, Həbib, Yaqub, Səməd Həbibbəyli qardaşlarınin bütün biznesini bu adam, yəni Nezir Turan idarə edir.
 
İddialara görə, İsa Həbibbəylinin qızıl yumurtalayan qələmindən çıxıb Vasif Talıbovun şəninə həsr olunmuş bir mədhiyyə hesabına Naxçıvan DGX-nin rəisi vəzifəsinə yüksəlməsi ideyası da Nezir Turanın beyninin məhsuludurMəqsəd, təbii ki, Naxçıvana idxal olunan tikinti materiallarını gömrük rüsumundan yayndırmaq olub. 
 
Mənbəmizin dediklərinə inansaq, Naxçıvana idxal olunan tikinti materiallarının 75-80%-i Həbibbəyli qardaşlarının ümumi ortağı Nezir Turan tərəfindən gətirilir və bunun üçün 1 qəpik də rusum ödənilmir. Nəticədə Naxçıvanın istehlak bazarında ədalətsiz rəqabət yaranır və digər sahibkarlar batırılır. “Ailəsinə bazarda halal çörək pulu qazanan neçə-neçə naxçıvanlı iş adamını müflis etdi Həbibbəyli qardaşları. Nə var, nə var Nezir Turanın əl-ayağına dolaşır, onun satdıgı maldan satırdılar”, - mənbəmiz deyir.
 
“Qara Pişik” söz verdi ki, yaxın günlərdə Nezir Turanın Naxçıvanda Səhət Həbibbəyli ilə münasibətlərindən, vergi toxunulmazlıgından, dövlət idarələrində ona yandırılan yaşıl işıqdan, digər yerli sahibkarlara qarşı etdiyi zülmlərdən ətraflı məlumatlar toplayıb mənə çatdıracaq. Biz də çox tələsmədən “Qara Pişiy”in gətirəcəyi yeni məlumatları gözləməyə qərar verdik.
 
Hələlik isə araşdırmaçı-jurnalist Cavanşir Həsənlinin Həbibbəyli qardaşlarının biznesi barədə ortaya çıxardığı həqiqətləri təqdim edirik:
 
 “YAP-ın vahid namizəd siyahısı ilə 2 saylı Şərur Seçki dairəsindən 86.3 % səslə qalib elan olunan İsa Həbibbəyli Əkbər oğlunun qardaşlarına məxsus şirkətlər:
  
1. "AVTO" MÜƏSSİSƏSİ (VOEN 1400127451): 1996-cı il iyunun 11-də qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi İsa Həbibbəylinin qardaşı Səməd Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 10-dur.
 
2. BOLLUQ-99 KƏNDLİ FERMER TƏSƏRRÜFATI (VOEN 0700185691): 28 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Şərur rayonu, Xanlıqlar kəndidir. Təsisçisi və qanuni təmsiçisi İsa Həbibbəylinin qardaşı Həbib Əkbər oğlu Həbibbəylidir.
 
3. "GƏMİQAYA-XXI" FİRMASI: 05 iyul 2000-ci ildə İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəylinin adına qeydiyyatdan keçib.
 
4. SÜHA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 27 fevral 2008-ci ildə qeydiyyatdan keçib, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 44, mənzil 35, qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir.
 
4. "SÜRMELİ İNŞAAT SANAYİİ VE TİCARET LİMİTED" ŞİRKƏTİNİN BAKI FİLİALI: Əli Həbibbəyliyə məxsus "Süha" MMC ilə etni ünvanda qeydiyyatdadır. Qanuni təmsilçisi Mehmet Sürmeli Kiyasdır. Şirkət Türkiyədə, Malatya şəhərində inşaat sektorunda fəaliyyət göstərir.
 
5. ŞƏRUR-2006 MƏHDUD MƏHSULİYYƏTLİ CƏMİYYƏT: 2006-cı ilin iyunun 1-də 141500.00 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Şərur rayonu, Danyeri kəndidir.
 
Xatırlatmaq istərdim ki, İsa Həbibbəylinin oğlu Ərəstü Həbibbəylinin də şirkəti var. Onun təsis etdiyi ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçib. Şirkət üzərindən deputatın oğlunun Türkiyədə alüminium profillər istehsal edən fabriki var.
Komitə sədrinin digər oğlu Səhət Həbibyli bu yaxınlarda Naxçıvan MR-in Gömrük Komitəsinin rəhbəri təyin olunub.
İsa Həbibbəyli Milli Məclisin III və IV-cü çağırış deputatı olub, AMEA-nın vitse-prezidentidir (artıq prezidentidir-Ovqat.com).

Tarix: 25-11-2022, 22:25
Xəbəri paylaş





Xəbər lenti