Beynimizin 10 faizini istifadə edirik, yoxsa, bu mifdir…
Bu gün də beyin sərhədləri həll edilmiş bir orqan deyil. Bununla belə, illərdir məşhur olan bir iddia var. Həqiqətən beynimizin yalnız 10 faizini istifadə edirik, yoxsa, bu bir mifdir?
Konsepsiya Amerikalı psixoloq və yazıçı Uilyam Ceyms tərəfindən populyarlaşdı və o, “İnsanların enerjiləri” kitabında: “Biz mümkün gücümüzün yalnız kiçik bir hissəsini istifadə edirik”,- deyə qeyd edib. Amma indiyə qədər heç kim bu mifi qəti şəkildə təsdiq edəcək fikir bildirmək üçün konkret fakt göstərə bilmir.
Baltimordakı Cons Hopkins Tibb Məktəbindən nevroloq Barry Gordon: “Bu “10 faiz mifi” o qədər yalandır ki, gülməli olacaq”, – deyib.
Beynin bütün hissələrinin eyni anda aktivləşmədiyi doğru olsa da, görüntüləmə texnologiyasından istifadə edən beyin tədqiqatçıları beynin 24 saat ərzində daim aktiv olduğunu sübut ediblər. Amma həqiqət budur ki, müəyyən məqamlarda; məsələn, dayanıb düşündüyümüz zaman beynimizin yalnız 10 faizini istifadə edə bilərik.
Minn Rochester şəhərindəki Mayo Klinikasının nevroloqu Con Henley deyir: “Sübutlar bir gün ərzində beyninizin 100 faizini istifadə etdiyinizi göstərir”. Henley qeyd edir ki, özünüdərketmə və ya beynin insanlara ətraflarını hiss etməyə kömək edən somatosensor sahələri aktivdir.
Başa düşülməyən şey, beynin müxtəlif hissələrindən olan neyron qruplarının şüur yaratmaq üçün necə əməkdaşlıq etdiyinin bir hissəsidir. Digəri isə; Beynimizin yalnız 10 faizi neyronlardan ibarətdir.
Qalan 90 faiz neyronları əhatə edən və dəstəkləyən, lakin funksiyaları böyük ölçüdə bilinməyən qlial hüceyrələrdən ibarətdir.
Nəticədə beynimizin 10 faizini istifadə etmirik, onun necə işlədiyini yalnız yüzdə 10-a yaxınını anlayırıq.
Tarix: 26-12-2022, 14:39