Azərbaycanın general-polkovnikləri - SİYAHI


 
General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.
 Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.
General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.
Hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:
1. Zakir Həsənov - Müdafiə naziri
2. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
3. Ramil Usubov - Prezident yanında Təhlukəsizlik Şurasının katibi
4. Kərim Vəliyev - Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini 
5. Əli Nağıyev - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
6. Vilayət Eyvazov - Daxili işlər naziri
7. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
8. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
9. Mədət Quliyev - Müdafiə sənayesi naziri
10. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
11. Kərəm Mustafayev - Əlahiddə Ümumqoşun Ordu komandanı
12. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi
13. Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sabiq sədri
14. Zakir Qaralov - Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
15. Nəcməddin Sadıqov -  Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik
16. Səfər Əbiyev - Eks-müdafiə naziri
17. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
18. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
19. Fazil Məmmədov - Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)
20. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri
(SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)\\BAKU.WS
Tarix: 26-12-2022, 15:03
Xəbəri paylaş





Xəbər lenti