"Neçə-neçə səltənət və dövlətlər yıxıldı... - Zənginlərin bir anda kasıblaşdı..."
"Həmin şəxslərin də yüzlərlə planları var idi və bu ani dəyişiklikləri heç ağıllarına belə gətirməzdilər..."“Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.” (Quran, Bəqərə surəsi: 266)
Bu ayədə verilmiş misal, çox özəl və fərqlidir. Belə ki, insanın dünya həyatında başına hər an gələ bilmə ehtimalı olan bəzi gözlənilməz hallar qeyd olunmuşdur. Məqam və zənginlik kimi dəyərlərin əslində heç bir zəmanətinin olmaması, neçə-neçə səltənət və dövlətlərin yıxılması, zənginlərin bir anda kasıblaşması kimi hallara xüsusi diqqət çəkilmişdir. Bu hadisələr və ani dəyişikliklər baş verməmişdən öncə, həmin şəxslərin də yüzlərlə planları var idi və bu ani dəyişiklikləri heç ağıllarına belə gətirməzdilər.. Həyatda, hətta hər gün gündəlik olaraq yaşanılan şeylərin belə daimi zəmanəti yoxdur və ən həssas anlarda belə imtahanlar gələ bilər.. Lakin insan bunu heç vaxt düşünmək istəməz. Qeyd olunmuş Quran ayəsində bizlərə çatdırılmaq istənən mesajlardan biri məhz budur.
Bununla yanaşı, hər işdə bir ilahi hikmətin olduğu da unudulmamalıdır. İnsanın yeganə çarə, təsəlli və qurtuluş yolu, bunları daima xatırlamaq, dünyaya çox bel bağlamamaq və hər zaman Allaha inanaraq, Ona möhkəm şəkildə güvənməkdir...
Islamevi.az
Tarix: 30-12-2022, 08:42