“The Guardian”: “Abramoviç sanksiyalara məruz qalmadan öncə çoxmilyardlıq aktivlərini övladlarına ötürüb”

“The Guardian”: “Abramoviç sanksiyalara məruz qalmadan öncə çoxmilyardlıq aktivlərini övladlarına ötürüb”
“Milyarder Roman Abramoviç 2022-ci ilin fevralında ən azı 4 milyard dollar dəyərində aktivlərə nəzarət edən trastların yeganə benefisiarı olmaqdan çıxıb”.
Bu barədə “The Guardian” nəşri Kiprin “MeritServus” şirkətinin mətbuata sızan sənədlərinə istinadən məlumat verib.
 
Bu şirkət ofşor şirkətlərin və trastların yaradılması və idarə olunması üzrə xidmət göstərir. 
 
Şirkətin sənədlərinin “Freaky crew” adlı qrupun hakerlərinin hücumu nəticəsində sızdırıldığı və üçüncü şəxs tərəfindən jurnalistlərə ötürüldüyü iddia edilir.
 
Nəşrin yazdığına görə, iş adamına qarşı sanksiyaların tətbiqindən bir qədər əvvəl “Eclipse” yaxtası da daxil olmaqla on trastın benefisiarları həmçinin Abramoviçin yeddi övladı olub və onlardan ən kiçiyinin doqquz yaşı olub.
 
Milyarder Roman Abramoviç 2022-ci ilin fevral ayında ən kiçiyi doqquz yaşında olan yeddi övladını milyardlarla dollarlıq aktivlərə nəzarət edən on trastın benefisiarı edib.
 
“The Guardian”ın məlumatına görə, dəyişikliklər Kiprdə və Cersi adasında qeydiyyatdan keçmiş on trastla bağlı olub. Sənədlərə görə, 2022-ci ilin əvvəlində Abramoviç onların yeganə benefisiarı idi, lakin fevralın 4-də trastlar demək olar ki, eyni vaxtda yenidən təşkil edilib. Bundan bir neçə gün əvvəl isə Qərb hökumətləri Ukraynada müharibə başlayarsa, rusiyalı milyarderləri sanksiyalarla hədələmişdilər.
 
Dəyişikliklər nəticəsində milyarderin övladları 51% kollektiv paya malik səkkiz trastın, eyni zamanda 100% paya malik daha iki trastın benefisiarları olublar. Bununla belə sənədlərə əsasən, Abramoviçə bu trastlar üzərində nəzarəti həyata keçirmək qadağan edilib.
 
Trastların yenidən təşkil olunması prosesi, sızan sənədlərə görə, fevralın 24-də başa çatıb. Mart ayında isə Abramoviç Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.
 
Mənbə: Forbes.ru
Tarix: 7-01-2023, 14:48
Xəbəri paylaş





Xəbər lenti