“Qızlarımız başqa kişilərlə tanış olurlar” - Martirosyandan ETİRAF
“Erməni kişilərin biabırçılığı ondadır ki, biz qadınlarımızın layiq olmayan davranışlara sürüklənməsindən utanmırıq. Baxmayaraq ki, hələ Beynəlxalq Qadınlar Gününə iki ay var, ancaq son hadisələr məni ölkəmizdə zərif cinsin mövqeyi barədə düşünməyə vadar edib”.
Siam.az KONKRET.az-a istinadla xəbər verir ki, bu fikirlər erməni analitik Samvel Ovannisyanın məqaləsində yer alıb:
“Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qadınların könüllü hərbi xidmət cəlb edilməsi məsələsinin müzakirə olunduğunu bütün dünyaya bəyan etdi. Bunu xüsusilə baş nazir Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd edib. Amma bütün bunlar yanlışdır. Ənənəvi erməni həyat tərzində qadına tamamilə başqa sosial rol verilirdi. İndi isə qadınları səngərlərə sürükləyirlər. Bütün bunlar isə düşmənlərimizin (Azərbaycan – red) bizi lağ obyektinə çevirməsinə, “kişilərimiz qalmayıb” eyhamı vurmasına səbəb olur. Bəli, düşmən görür ki, kişi qalmasa, qadınlar silaha sarılacaq. Amma bu, bizə, Ermənistan kişilərinə haqq qazandırmır, əksinə, daha da biabır edir. Günah bizdədir ki, arvadlarımız, bacılarımız, qızlarımız, rəfiqələrimiz hərbi forma geyinib növbəyə durmaq məcburiyyətində qalıblar. Bizim Erməni kişilərin biabırçılığı ondadır ki, biz qadınlarımızın layiq olmayan davranışlara sürüklənməsindən utanmırıq” – Ovannisyan vurğulayıb.
HAŞİYƏ: Əslində Ovannisyanın bu məqaləsini oxuyarkən qürurlanmamaq mümkün deyil. Birincisi ona görə ki, erməni analitik millətinin biabırçı vəziyyətdə olduğunu öz dili ilə etiraf edir. İkincisi, erməni kişilərinin qürursuz olduğunu, onların öz qadınlarını cəbhəyə göndərməyə razılaşdığını təsdiqləyir. Üçüncüsü, Azərbaycan mediasının “Ermənistanda kişi qalmayıb, orduya qadınları göndərirlər” başlıqlı xəbərləri düz hədəfə dəyib. Bütün bu faktlarla qürrələnməmək olmur.
Erməni kişilərinin biabırçılığı, qadınların isə “hoqqa” verdiyi haqda fikirləri informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan da dilə gətirib: “Son zamanlar ölkə vətəndaşlarının internet fırıldaqçılığı ilə bağlı bəlalara daha çox rast gəlinir. Dələduzlar erməni qadınlarını aldadırlar. Burada incidən daha çox “fırıldaqçılıq” faktı yox, qızlarımızın boş vaxtlarında tanışlıq saytlarında gəzməsidir. Onlar Suriyada, İraqda, Amerikada, Britaniyada, Şotlandiyada və ya digər ölkələrin ordularında xidmət edən zabitlərlə tanışlığa meyl edirlər. Vətəninə vicdanla xidmət edən kasıb zabitlərimiz onları maraqlandırmır. Təəssüf ki, onlar daha uğurlu ölkələrdən olan insanlarla maraqlanırlar. Belə çıxır ki, müqəddəs dəyərləri itirməyə, başqasına verməyə məcburuq” – Martirosyan ermənilərin millli qeyrət anlayışının məhv olduğuna işarə edib.
HAŞİYƏ: Martirosyan erməni analitik Ovannisyandan da irəli gedərək erməni kişilərinin dolayısı ilə “qeyrətsiz” olduğunu etiraf edib. Erməni qızlarının isə öz kişilərini “vecə almadığını”, başqaları ilə flört etmək həvəsində olduğunu dilə gətirib. Ermənilərin iç üzünün elə onların öz dili ilə açılmasından gözəl bir şey ola bilməz. Əslində həm Ovannisyan, həm də Martirosyan bir az gec ayılıblar. Çünki tarix boyu erməni qızları başqa millətlərin (ruslar, fransızlar və sairə) kişiləri ilə “kef” çəkərək ölkələrini “irəli” aparıblar. Ermənilərin “mənəvi anası” Kim Kardaşyan bunun bariz nümunəsidir.
Analitik Ovannisyan fikirlərini belə davam etdirib: “Ermənistanda “keyfiyyətli” kişi kapitalı – şəxsi mənzili, daimi gəliri olan, sevgilisinə dolandıracağına zəmanət verə bilən gənc oğlanlar qalmayıb. Bəli, bizdə elə bir dövlət var ki, onu qoruyan yoxdur. Ərazimizdə turist düşərgəsindən daha az istifadə olunan Rusiya bazasının olması faktı da biz kişiləri utandırmalı olan bir həqiqətdir. Rusiya bazasının hərbi qulluqçularının erməni qadınlarla “kef çəkməsi” isə bizim ayıbımızdır. Bu baza ümumiyyətlə, olmamalı idi. Nə qədər qəribə səslənsə də, mən yeni 2023-cü ilin erməni kişiləri üçün utanc ili olmasını istərdim”, – deyə Ovannisyan fikirlərini tamamlayıb.