""F-35" iki saat ərzində Rusiyanın bütün raket əleyhinə müdafiə sistemini məhv edə bilər..."


"Putindən az qala superkəşfiyyatçı obrazı yaradılıb, Ceyms Bond olmasa da, Ştirlits kimi təsəvvür edilib..."
 "20 il ərzində Rusiya KİV-ləri solğun göstəbəkdən şahin quşu, qartal obrazı yaratmaq üzərində işləyib..."
 
Vaşinqton strateji qərar qəbul edib-Ukraynada müharibə bu il və yalnız onun qələbəsi ilə sona yetməlidir.
 
Moderator.az xəbər verir ki, bu fikri "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində sabiq sovet kəşfiyyatçısı, Rusiya prezidentinin DTK institutu üzrə tələbə yoldaşı ABŞ-da yaşayan Yuri Şvets səsləndirib.
 
"Putin bu əməliyyatı düşünəndə...bu sarsağın başı gicəllənib. Və özünü Aleksandr Makedonskinin qiyafəsində təsəvvür edib. Heç demə, Rusiya barəsində, onun Silahlı Qüvvələri haqqında onun heç bir bilgisi olmayıb.O, Ukrayna, Ukrayna Silahlı Qüvvələrinin nə demək olduğundan da xəbərsiz olub. O, Çinlə bağlı da yanılıb. O, NATO ilə bağlı da yanlışlığa yol verib. Bu başdanxarab hər şeyi görməzdən gəlib. O, bütün qərarlarında yanılıb", - Şvets qeyd edib.
 
Onun sözlərinə görə, hazırda ən başlıcası Ukraynanın vaxtında Qərb ölkələrindən lazımi hərbi yardım almasıdır.
 
"Budur, "F-35"-lər Polşaya gətirilib. Bu, elə qırıcılardır ki, Amerika ekspertlərinin hesab etdiyi kimi (mən onlara etimad göstərməyə bilmərəm), iki saat ərzində bütün raket əleyhinə müdafiə sistemini, Ukrayna ətrafında olan buraxılış qurğularını məhv edə bilər. Buna təxminən iki saat zaman lazımdır. Bundan sonra Rusiya Silahlı Qüvvələrini "yalın əllə də" götürmək olar. 
 
Hazırda növbəti "ətçəkən maşın" işə salınıb, o, səfərbər edilənləri, evsiz-eşiksizləri "top yeminə" çevirməyə hazırdır, ən əsası isə, Qərb, ilk növbədə Amerikanın hərbi yardımının gəlməsi və bu silahları idarə etmək üçün ekipajın hazırlanmasıdır. Və bunu həlledici döyüşdən öncə etmək lazımdır. Bu, baş verəcək. Bütün bunlar zamanında ediləcəkdir", - Şvets deyib.
 
O, qeyd edib ki, amerikalılar müharibəni növbəti prezident seçkilərinədək bitirmək üçün Ukraynaya maksimal dərəcədə yardım etmək niyyətindədir.
 
"Mən görürəm ki, Vaşinqtonda bu müharibəni bu il də olmasa, növbəti ildə mütləq sona yetirmək üçün strateji qərar qəbul edilib. Bu, həm demokratların, həm də Respublikaçılar Partiyasının tramçılara heç bir aidiyyəti olmayan və neoreyqançılar adlandırılan sağlam qanadının ikitərəfli qərarıdır. Müharibəni dayandırmaq barədə qərar qismən trampçıların yardımı dayandıracağı təhdidi altında qəbul edilib. Ona görə də müharibəni bu il və yalnız Ukraynanın qələbəsi ilə başa çatdırmaq lazımdır", - Şvets vurğulayıb.
 
Daha sonra Şvets deyib ki, Putin kəşfiyyatçı olsaydı, Rusiya başqa ölkə olardı. Və Prezident Putin Ukraynada müharibə törətməklə ölkəni çıxılmaz duruma salıb.
 
"20 il ərzində Putinin öz nəzarəti altına aldığı kütləvi informasiya vasitələri solğun göstəbəkdən şahin quşu, qartal obrazı yaratmaqla məşğul olub. Əsas fikirlərdən biri bundan ibarət olub ki, o, az qala superkəşfiyyatçı, Ceyms Bond da olmasa, Ştirlitsdir", - Şvets qeyd edib.
 
O, deyib ki, Putin heç vaxt kəşfiyyatda işləməyib, mahiyyət etibarlə siyasi polisdə xidmət edib.
 
"O, Qırmızıbayraqlı kəşfiyyat institutuna göndərilib, orada pis oxuyub, öhdəsindən gəlməyib və onu işə götürməyiblər. O, oraya SSRİ DTK-nın 5-ci idarəsindən düşüb. Sovet hakimiyyətinin son illəri bu idarə Konstitusiyanın qorunması üzrə idarə adlanıb. Əslində isə bu, siyasi polis olub. Bu, nə kəşfiyyat, nə də əkskəşfiyyatdır.
 
Bunlar rus imperiyasında mövcud olan 3-cü jandarm idarəsinin varisləridir. 5-ci idarə dissidentlərə fəlakət yaşadıb. Öz siyasi elitasının əbləhliyi ucbatından məhvə məhkum edilən SSRİ üçün onlar hansı təhlükə törədə bilib? Onlar öz xalqına qarşı, onun ən yaxşı nümayəndələrinə qarşı vuruşub. Onu bir də belə səciyyələndirmək olar: Putin 3-cü jandarm idarəsinin iyrənc yetirməsidir", - Şvets deyib.
 
O, əmindir ki, Putin peşəkar kəşfiyyatçı olsaydı, Ukraynada müharibə törətməzdi.
 
"O, kəşfiyyatçı, əkskəşfiyyatşı olsaydı, Rusiya başqa ölkə olardı və bu sarsaq müharibəni törətməzdi. Çünki yalnız degenerat, təxribatçı özünü və 20 illik reytinqini  küncə sıxışdırıb bu sarsaq müharibəni başlaya bilərdi. O, buradan çıxmaq əvəzinə, özünü çıxılmaz bataqlığa düçar edib və oradan nicat yoxdur", - Şvets vurğulayıb.
Tarix: 11-02-2023, 21:21
Xəbəri paylaş





Xəbər lenti