Baqdasaryan: "Türkiyədə kef edən erməniləri tənqid edin, uşaqları xilas edən Paşinyanı yox"


Bloger Roman Baqdasaryan Rusiyadakı erməni diasporunun nümayəndələrinə müraciət edib.
KONKRET.az xəbər verir ki, Ermənistandan Türkiyəyə ölümcül zəlzələdən zərərçəkənlərə yardım və xilasedicilərin göndərilməsi erməniləri qəzəbləndirib və erməni seqmentinin gündəmini zəbt edib.

Ermənilər Paşinyanı satqınçılıqda, dövlətə xəyanətdə günahlandırırlar.
Jurnalist Roman Baqdasaryan ermənilərə, xüsusən də Rusiyadakı erməni diasporuna səslənib.
O, azərbaycanlıları və türkləri düşmən hesab edərək onların restoranlarında yeyib-içən, əylənən ermənilərə sərt cavab verib.
“Özünüzü erməni sayırsınız, amma Rusiyada azərbaycanlıların restoranlarında yeyib, içib, əylənirsiniz, azərbaycanlı ofisiantlarla deyib-gülürsünüz. Siz necə ermənisiniz ki, guya Türkiyəni sevmirsiniz, amma Türkiyə kurortlarında dincəlməyə, şənlənməyə gedirsiniz?
Niyə türk kurortlarından çıxmırsınız, nə gəzirsiniz oralarda? Niyə Rusiya erməniləri Türkiyədə kef edən erməniləri sərt tənqid etmir, amma dağıntılar altından uşaqları xilas etməyə kömək göndərən Paşinyanı tənqid edirlər? Siz nə danışırsınız?”, – deyə bloger hiddətlənib.
Daha ətraflı videoda:
Video Oynadıcı
00:0600:39
Tarix: 13-02-2023, 08:49
Xəbəri paylaş





Xəbər lenti