Solovyov oğlunun şəkillərinə görə hiddətləndi


 
Rusiyalı aparıcı Vladimir Solovyov mediada onun model oğlunun fotosu dərc olunduqdan sonra isterikaya düşüb.
Jurnalist adlanan şəxs Daniil Solovyovun Moskvada oxuduğunu və onun “qatı dindar oğlan” olduğunu sübut etməyə çalışıb.
Atasının sözlərinə görə, oğlu həqiqətən vaxtilə İngiltərədə oxuyub, amma bir neçə ildir ki, Moskva Universitetində təhsil alır. Eyni zamanda o, Daniilin hansı ali təhsil müəssisəsində oxuduğunu açıqlamayıb.
Bundan əlavə, o, oğlunun model agentliyi ilə işləməsini təkzib edib.
“Bu, Kiyev təbliğatçılarının yalanıdır”, - Solovyov bəyan edib.
Qeyd edək ki, bu günlərdə Rusiya mediasında 21 yaşlı Daniil Solovyovun Londonda yaşadığı və model kimi işlədiyi ilə bağlı məlumatlar yayılıb. Halbuki, onun atası çağırışçıların cəbhəyə göndərilməsini tələb edir, həmçinin Avropa paytaxtlarına raket zərbələri endirməyə çağırır. (Oxu.az)
Tarix: 14-02-2023, 22:29
Xəbəri paylaş





Xəbər lenti