"Dünyanın ikinci məğlubedilməz ordusu haqqında mif dağıdılıb...""Rusiyanın təkcə məhv edilən hərbi texnikasının dəyəri 25 milyard dollar təşkil edib..."
"İtkilər o qədər böyük olub ki, rusiyalılar öz uzunmüddətli saxlanma anbarlarını açmalı olub..."
"Rusiya 5 milyard dollar məbləğində təyyarələr, 3 milyard dollar məbləğində helikopterlər itirib..."
Tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiya təxminən 115 milyard dollar xərcləyib ki, bu da 2021-ci il üçün Rusiya büdcəsinin 30 faizini təşkil edib.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.
Rusiya həmçinin Ukraynaya hərbi müdaxilədən öncə hazırladığı tankların hamısını itirib.
"Ukraynadakı müharibə Kremlin bütün dünyanı təhdid etdiyi güclü rus ordusunu, demək olar ki, tamamilə darmadağın edib. Rusiyanın təkcə məhv edilən hərbi texnikasının dəyəri 25 milyard dollar təşkil edib.
Ukraynada 12 ay davam edən müharibə ərzində, sadəcə, çoxlu sayda rus əsgəri həlak olmayıb, bütöv ordular məhv edilib. O ordular ki, onilliklər ərzində hazırlanıb və silahlarla doldurulub. "Dünyanın ikinci məğlubedilməz ordusu" haqqında mif dağıdılıb", - jurnal yazıb.
Maliyyə analitiklərinin məlumatlarına görə, müharibənin bir ili ərzində qoşunların təmin edilməsi federal büdcəyə çox baha-36 milyard dollara başa gəlib. Hərbi qulluqçuların əmək haqqlarına 24, 7 milyard dollar xərclənib. Rusiya hökumətinin həlak olan və yaralanan hərbçilərə ödəyəcəyi kompensasiyanın məbləği hətta məsrəflərin məbləğindən çox-29, 1 milyard dollar təşkil edib.
"Son həftələr Rusiya üçün canlı qüvvə itkisi üzrə fəlakətli olub. Bu ilin 24 yanvarından 24 fevralınadək, USQ Baş Qərargahının məlumatlarına görə, 23 680 rusiyalı məhv edilib. Bu, hətta müharibənin ilk ayından çoxdur, Rusiyanın ötən ilin yayında orta itkilərindən dörd dəfə çoxdur.
Pis hazırlıq keçmiş səfərbər edilənlər və keçmiş məhbuslar hesabına qoşunların sayının artırılması və iddialı hücum planları praktiki olaraq bütün cəbhə xətti boyunca Rusiya SQ-nin şəxsi heyətinin itkilərinin həndəsi artımına gətirib çıxarıb", - nəşr qeyd edib.
"Rusiyanın daha yarım milyon rusiyalını səfərbər etməyə hazır olması barədə şayiələrə rəğmən, Rusiya büdcəsi belə yükə tab gətirəcəkmi?"- maliyyə ekspertləri sual edib.
Tammiqyaslı hərbi müdaxilənin bir ili ərzində Rusiyanın bütöv tank orduları məhv edilib. Məsələn, 2022-ci ilin payızında bəlli olub ki, Rusiya SQ Avropada ən böyük tank bölməsi olan Birinci tank ordusunu itirib. Jurnalın hesablamalarına görə, il ərzində Rusiya 3350 tank itirib, bu da hərbi müdaxilənin əvvəlində ölkədə olan tanklardan 20 ədəd çoxdur.
"İtkilər o qədər böyük olub ki, rusiyalılara öz uzunmüddətli saxlanma anbarlarını açmaq lazım gəlib", - jurnal yazıb.
Açıq mənbələrin təhlili göstərib ki, 12 ay ərzində Rusiya 1000-1800 tankı konservləşdirə və istehsal edə bilərdi. Bu isə Rusiya SQ-nin hərbi müdaxilənin əvvəlində malik olduğundan 2-3 dəfə azdır. Jurnalın hesablamaları göstərib ki, müharibə müddətində 25 milyard dollarlıq həm məhv edilən, həm də USQ tərəfindən ələ keçirilən tanklar itirib.
Zirehli texnika və artlilleriyaya gəldikdə, Rusiya SQ-nin itkiləri burada o qədər də fəlakətli deyil. 12 ay ərzində Rusiya özünün quru hərbi texnikasının 40-70 faizini itirib.
Zirehli texnika və artlilleriyaya gəldikdə, Rusiya SQ-nin itkiləri burada o qədər də fəlakətli deyil. 12 ay ərzində Rusiya özünün quru hərbi texnikasının 40-70 faizini itirib.
Rusiyalılar üçün aviasiya itliləri kəskin problemə çevrilib, hərçənd, Ukrayna müharibəsində çox da mühüm rol oynamır, amma itirilən aviatexnikanın bərpası çox bahalı məşğuliyyətdir. Rusiya təxminən 6, 5 milyard məbləğində təyyarələr, 3 milyard dollar məbləğində helikopterlər itirib.
Ukrayna müdafiə nazirliyinin məlumatlarına görə, müharibənin əvvəlində Rusiyanın arsenalında 2727 uzaqvuran qanadlı və ballistik raketlər və 8500-dən çox 200 km-dək məsafəyə uçan kiçik mənzilli raketləri olub.
Rusiyalılar Ukraynaya 4 mindən artıq raket buraxıb, lakin son zamanlar atəşlərin tempi ay ərzində 250-300 raketdən 110-180 raketədək azalıb. Bu ona dəlalət edə bilər ki, Rusiyanın raket arsenalı tükənir. Lakin Rusiyanın hələ 1100-1300 uzaqvuran raket ehtiyatı var, kiçik mənzilli raketləri isə daha çoxdur, jurnal qeyd edib.
Fevralın əvvəlində Rusiya maliyyə nazirliyi deyib ki, 2023-cü ilin yanvarında Rusiyanın dövlət büdcəsi 1, 76 trilyon rubl, yaxud 25 milyard dollar təşkil edib. Ötən illə müqayisədə gəlirlər 35 faiz azalıb, xərclər 59 faiz artıb. Yanvarda nazirlik ilk dəfə büdcə kəsirini ödəmək üçün milli sərvət Fondundan qızıl satmalı olub.
Tarix: 27-02-2023, 08:55